“Caspian Energy Club”un təşkil etdiyi sayca 6-cı “Caspian Business Award 2021” mükafatının təqdimetmə mərasimi keçirilib.
ONN media xəbər verir ki, mərasimdə SOCAR-ın “Azneft" İB “İlin neft və qaz hasilatçısı” nominasiyasında qalib elan edilib. Təqdimat mərasimində çıxış edən “Azneft” İB-nin baş mühəndisi - baş direktorun birinci müavini Rövşən Qarayev İstehsalat Birliyin baş direktoru Şahmar Hüseynovun salamlarını tədbir iştirakçılarına çatdırıb, Birliyin ölkə iqtisadiyyatının, neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verdiyini, SOCAR-ın dəyərlərinə yeni dəyərlər qatdığını bildirib.
Rövşən Qarayev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində yeni neft strategiyasının icrasına başlanılıb, “Əsrin müqaviləsi” bağlanaraq dünya dövlətləri ölkəmizə sərmayə qoymağa başlayıblar: “Azərbaycan günü-gündən güclənərək öz iqtisadiyyatını, ordusunu müasir tələblər səviyyəsinə çatdırıb. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu əzmlə davam etdirən ölkə Prezidenti İlham Əliyevin misilsiz xidmətləri nəticəsində ölkəmiz dünyada tanınıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun gücü ilə 44 günlük Zəfər savaşında torpaqlarımız azad edilib. Qarabağın parlaq gələcəyi, daha xoş günləri hələ irəlidədir".
Qeyd edək ki, “Caspian Business Award 2021” mükafatı "Regionların sosial inkişafına verdiyi xüsusi töhfəyə görə" nominasiyasında SOCAR-ın "Azəriqaz" İB-yə, "İlin qazma şirkəti" nominasiyasında SOCAR-ın Kompleks Qazma İşləri Tresti mükafatlandırılıb.



Şahmar Hüseynov Caspian Energy Club-un üzvləri ilə görüş keçirib
SOCAR-ın yeni vitse-prezidenti kimdir? - Dosye
Moskva Dövlət Universitetindən “Azneft” İB-yə təşəkkür ünvanlanıb
Qara Qarayev sərnişin gəmisi Neft Daşlarına ilk səfərini reallaşdırıb
"Azneft" İB ötən ilin hasilat planını artıqlaması ilə yerinə yetirib
Azərbaycan avqustda “OPEC plus” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib
İyulda nə qədər neft hasil edilib?
İlham Əliyev: Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək
Azərbaycanda yeni neft sazişi təsdiq ediləcək
SOCAR Vyetnama neft tədarükünə başladı
SOCAR İran neftindən imtina edir – Rəsmi
İlham Əliyev: “Azərbaycan nefti ölkəmizə rifah, sabitlik və inkişaf gətirdi”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 