2021-ci ilin sonuna Dövlət Neft Fondunun daşınmaz əmlak alt portfelinin həcmi 2,8 milyard ABŞ dolları təşkil edib.
ONN media xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondundan məlumat verilib.
Bildirilib ki, bu ümumi portfelin 6,1 faizinə bərabər olub:
“İlin yekunlarına əsasən daşınmaz əmlak alt portfelindən 326,6 milyon ABŞ dolları həcmində gəlir əldə edilib ki, bununla da sözügedən alt portfel üzrə ümumi gəlirlilik 12,5 faiz təşkil edib. Eləcə də, xüsusilə qeyd etmək olar ki, daşınmaz əmlak investisiyalarına başlanandan hazırkı dövrə qədər bu investisiyalardan kumulyativ olaraq 77 faiz gəlirlilik əldə edilib”.
Əlavə edilib ki, Neft Fondunun daşınmaz əmlak investisiyaları çərçivəsində ilkin mərhələdə şəffaf bazar mühitinə və yüksək likvidliyə malik bir sıra inkişaf etmiş ölkələrin əsas şəhərlərinin mərkəz ərazilərində yerləşən kommersiya tipli daşınmaz əmlak obyektlərinə birbaşa investisiyalar nəzərdə tutulurdu. Bu məqsədlə 2012-ci ildə yuxarıda sadalanan meyarlar üzrə daşınmaz əmlak bazarları ətraflı təhlil edilərək ilk birbaşa daşınmaz əmlak investisiyaları həyata keçirilib:
“Cari ümumi daşınmaz əmlak alt portfelinin 27 faizini təşkil edən adıçəkilən birbaşa investisiyalar London, Moskva, Paris və Tokio şəhərlərində yerləşən daşınmaz əmlak obyektlərindən ibarətdir və 2021-ci il ərzində birbaşa investisiyalar üzrə toplam gəlirlilik 6,2 faiz təşkil edib. Bu nəticənin əldə olunmasında Londonda yerləşən daşınmaz əmlak obyektinin böyük töhfəsi var. Belə ki, 2021-ci ilin sonuna yekunlaşan əsas təmir işlərinin və yeni icarəçilərlə bağlanan müqavilələr nəticəsində sözügedən binanın dəyəri müstəqil dəyərləndirməyə əsasən 41 milyon funt sterlinq artaraq 174,5 milyon funt sterlinqinə qədər qalxıb”.
Qeyd edək ki, Hesablamalar Palatasının rəyinə əsasən, 2022-ci ildə Dövlət Neft Fondunun daşınmaz əmlak portfeli üzrə gözlənilən gəlir həcmi 144,7 milyon dollar müəyyən edilib. 2022-ci il üzrə Fondun daşınmaz əmlak üzrə gözlənilən nominal gəlirlilik göstəricisinin 5,2 faiz təşkil edəcəyi müəyyənləşdirilib.
Neft Fondunun daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi miqdarı 2 milyard 658,1 milyon ABŞ dolları təşkil edib. Fond London şəhərinin Vest End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 133,8 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 3 milyard 38,1 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 180,3 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən və dəyəri 56,742 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə investisiya edib.



Azərbaycana məxsus olan bina 112 milyon avroya satıldı
ARDNF-in aktivləri 45 milyard dolları keçdi
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə daşınmaz əmlak alır - RƏQƏMLƏR
Ev almaq istəyənlərə pis xəbər
Dövlət Neft Fondu investisiya planlarını açıqlayıb
Neft Fondunun aktivləri 240 milyon dollar artıb
Bakıda mənzillərin qiyməti qalxıb
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR dəyişdi
Azərbaycan vətəndaşları bu il Türkiyədə neçə əmlak alıblar?
Türkiyədə vətəndaşlıq almaq üçün daşınmaz əmlakın məbləği artırılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 