2018-ci ilin fevralında Bakıda daşınmaz əmlak bazarında qiymətlər indeksi 1,75 faiz artıb.
ONN media xəbər verir ki, bunu Trend-ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Ekspertin sözlərinə görə, ay ərzində ilkin mənzil, torpaq, eləcə də kommersiya obyektlərinin icarəsinin qiymətləri qalxıb:
"Fevral ayında ilkin mənzil bazarında qiymətlər 1,55 faiz, torpaq bazarında 1,99 faiz, kommersiya obyektlərinin icarəsi bazarında isə 1,83 faiz artıb. Bununla yanaşı qeyd etmək lazımdır ki, ikinci mənzil bazarında qiymətlər 2,13 faiz, mənzil icarəsi 4,2 faiz, kommersiya obyektləri bazarında 3,69 faiz azalıb”.
O qeyd edib ki, 2018-ci ilin əvvəlindən daşınmaz əmlak bazarında qiymətlər 3,22 faiz artıb. Onun sözlərinə görə, bu, ilkin mənzil bazarında mənzillərin qiymətinin artması ilə əlaqədardır:
"İlin əvvəlindən ilkin mənzil bazarında qiymətlər 9,5 faiz artıb. Bundan başqa torpaq bazarında 2,72 faiz, kommersiya obyektləri bazarında 0,36 faiz və bu obyektlərin icarəsi bazarında 4,75 faiz artım müşahidə olunub. Eyni zamanda ilin əvvəlindən ikinci mənzil bazarında qiymətlər 1,63 faiz azalıb. Mənzil icarəsi bazarında qiymətlər dəyişməyib”.
N.İbrahimovun sözlərinə görə, ümumilikdə 2018-ci ilin birinci rübündə daşınmaz əmlak bazarında 3-4 faiz artım gözlənilir.



Bakının mənzil bazarında artım
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR dəyişdi
Yenidən mənzil və torpaq bazarında QİYMƏTLƏR DƏYİŞDİ
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB?
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB isə...
Bakıda mənzillərin qiyməti artıb?
Ev almaq istəyənlərə pis xəbər
Mənzillərin qiyməti ilə bağlı AÇIQLAMA
Bakıda mənzillər ucuzlaşıb, torpaq isə...
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR
Ən çox mənzil Bakının bu ərazilərində satılır
Mənzil almaq istəyənlərə şad xəbər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 