Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2016-cı ildə aldığı Milan şəhərinin tarixi mərkəzində yerləşən, ümumi sahəsi 10 360 kvadrat metr təşkil edən “Palazzo Turati” A tipli ofis binasını 112 mln. avroya “Invesco Real Estate Management Sarl” şirkətinə satıb. ONN media xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb. Palazzo Turati ofis binasının icarəçisi qismində İtaliyanın dövlət qurumu olan Milan Ticarət Palatası çıxış edir. 2016-cı ildən bəri ARDNF qeyd edilən daşınmaz əmlakdan ümumilikdə təqribən 26 mln. avro həcmində gəlir (qiymət artımından və icarədən əldə edilən gəlirlər) əldə edib ki, bu da illik 7,2% gəlirlilik deməkdir. Binanın satışı ilə əlaqədar ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov bildirib ki, bu daşınmaz əmlakın satışı uğurlu hesab edilir: “Bu cür əməliyyat, yəni birbaşa daşınmaz əmlakın satışı ARDNF-nin daşınmaz əmlak portfeli üçün ilkdir və portfel üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu əməliyyat nəticəsində daşınmaz əmlak portfelində əlavə vəsait yaranır ki, bu da öz növbəsində daşınmaz əmlak fondları vasitəsilə portfelin daha da diversifikasiya edilməsinə, o cümlədən Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionlarına fokuslanmağa imkan yaradır”. Qeyd edək ki, ARDNF "Palazzo Turati" ofis binasını 2016-cı ilin yanvar ayında 97 mln. avroya alıb.
Azərbaycana məxsus olan bina 112 milyon avroya satıldı



Azərbaycanın Londondakı dövlət əmlakının dəyəri 41 milyon funt sterlinq artıb
ARDNF-in aktivləri 45 milyard dolları keçdi
Dövlət Neft Fondu açıqlama yaydı
Neft Fondunun aktivləri 240 milyon dollar artıb
Dövlət Neft Fondunda yüksək vəzifəyə yeni təyinat
Neft Fondu dollar satışını artırıb
İlham Əliyevdən yeni təyinat - Sərəncam
Novruz Məmmədov yeni VƏZİFƏYƏ SEÇİLDİ
Prezident ona YÜKSƏK VƏZİFƏ verdi
SOCAR adından yalan məlumat yayılır- XƏBƏRDARLIQ
Neft Fondunun gəlir və xərcləri açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 