Nyu-Yorkda həkimlər HİV-ə yoluxmuş qadına kök hüceyrə transplantasiyası və kordon qanı köçürməklə onu sağaldıblar.
ONN media xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qeyd olunur ki, bu, dünyada insan immunçatışmazlığı virusu üzərində qələbənin dördüncü halıdır.
WSJ-nin məlumatına görə, HİV infeksiyası diaqnozu qoyulduqdan 4 il sonra leykemiya diaqnozu qoyulan orta yaşlı qadın 2020-ci ilin oktyabr ayından bəri antiretrovirus terapiya almayıb və artıq bədənində infeksiya əlaməti yoxdur. Həkimlər amerikalı qadına virusun çoxalmasına maneə törədən nadir genetik mutasiya ilə qohumunun kök hüceyrələrini köçürüblər, həmçinin yeni doğulmuş körpədən kordon qanı vurublar.
Əvvəllər HİV infeksiyasının uzun müddətdən sonra insan orqanizmində yenidən görünməsi hallarının olmasına baxmayaraq, həkimlər bu dəfə nikbindirlər.
Xəstənin həkimi Marşall Qlesbi “Hər şey çox ümidverici görünür”, - deyib.
Qeyd edək ki, HİV-dən ilk dəfə Berlində təhsil alan amerikalı Timoti Rey Braun 2007-ci ildə sağalıb. O, 2020-ci ildə xərçəngdən dünyasını dəyişib. Sonradan həkimlər London və Düsseldorfdan olan xəstələrdə HİV infeksiyasını məğlub edə biliblər. Alimlər həmçinin müəyyən ediblər ki, 2 qadın immun sisteminin köməyi ilə, dərman olmadan HİV-ə qalib gələ bilib. Onlardan biri Argentina sakini olub.



Sadəcə iki dərmanla koronavirusu sağaltmaq mümkündür
Tibb tarixində İLK - Xəstə QİÇS-dən SAĞALDI
Koronaya yoluxan pasiyentə ağciyər köçürüldü
Göz əməliyyatı ilə bağlı dünyada bir ilk yaşandı
Koronavirus insanın bütün orqanlarına təsir edir - ARAŞDIRMA
Diqqət: Yeni ölümcül infeksiya yayılır
Dünyada ilk dəfə bir körpəyə... - İNANILMAZ
Dünyada ilk dəfə insandan insana baş köçürülüb – VİDEO
ŞOK OLAY: Gəlin toyunda öldü
Koronavirus bu ölkələrdə ən yüksək sürətlə yayılır - SİYAHI
TƏBİB rəsmisi: Azərbaycanda Hindistan ştammı...
Koronavirusa qarşı vaksinin hazırlanacağı vaxt məlum oldu - RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 