ONN İnformasiya Agentliyi

ABŞ səfiri Gəncədə

ABŞ səfiri Gəncədə
23-02-2022, 20:52

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Gəncədə fındıq istehsalı texniki sertifikatlaşdırma proqramının buraxılış mərasimində iştirak edib.

ONN media xəbər verir ki, tədbir Gəncə Dövlət Filarmoniyasının binasında keçirilib.

Səfir Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq şəraitində fındıq istehsalı texniki sertifikatlaşdırma proqramının məzunlarının buraxılış mərasiminə qatılıb.

Qeyd edək ki, səfir, həmçinin sabah Azərbaycan Dövlət Aqrar Universitetinin Tədris-Tədqiqat Mərkəzində nümayiş sahələrinin və soyuducu anbarın açılış mərasimində də iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png