Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib. Nazirlikdən ONN media -ya verilən məlumata görə, iclasda Əkinçilik, Tərəvəzçilik, Üzümçülük və Şərabçılıq, Meyvəçilik və Çayçılıq, Bitki Mühafizə və Texniki Bitkilər, Heyvandarlıq, Baytarlıq Elmi-Tədqiqat İnstitutlarının, Azərbaycan Dövlət Aqrar Universiteti, Aqrar Tədqiqatlar Mərkəzi, Dövlət Kənd Təsərrüfatı Muzeyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri, büro üzvləri və digər əməkdaşları iştirak ediblər. İclasda çıxış edən kənd təsərrüfatı nazirinin müşaviri Elçin Zeynalov aqrar sahənin inkişafında gənclərin rolundan danışıb. O qeyd edib ki, gənclərin elmi potensialından, müasir yanaşmalarından səmərəli istifadə olunması effektiv nəticələrin əldə edilməsini daha da sürətləndirir. Elçin Zeynalov gənclərin ixtisaslarının artırılması, çalışdıqları sahələr üzrə daha da təkmilləşməsi, inkişaf etmiş ölkələrin təcrübəsinə yiyələnməsi və innovativ yanaşmaların aqrar sektorun inkişafına yönəldilməsinin vacibliyini vurğulayıb. Daha sonra şuranın sədri Faiq Xudayev çıxış edərək Gənc Alimlər Şurasının yaranması, məqsədi və vəzifələri, eləcə də 2014-1018-ci illər ərzində həyata keçirdiyi tədbirlər barədə qısa məlumat verib. Sonra çıxış edən tədbir iştirakçıları ilə mövcud problemlər və qarşıda həlli vacib olan məsələlər haqqında geniş fikir müzakirəsi aparılıb, aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi və elmi-texniki tərəqqinin aqrar sahəyə tətbiqi, o cümlədən beynəlxalq elmi nəticələrin aqrar sahəyə transfer olunması, aqrar startap ideyalarının biznesə çevrilməsi və birgə fəaliyyət göstərilməsi istiqamətində Aqrar Elm və İnnovasiya Mərkəzi nəzdində İnkubasiya Mərkəzinin yaradılması qərara alınıb.
Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirildi



AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirildi
Qubada AEİMM direktorunun iştirakı ilə fermer və mütəxəssislər üçün təlim keçirilib
Aqrar yönümlü ixtisasları seçən abituriyentlərə ŞAD XƏBƏR
ADAU-nun rektoru yüksək bal toplayan abituriyentlərlə görüşüb
“AgroHackathon - 2020” müsabiqəsi başladı
Azərbaycanda yeni yemiş sortları yaradıldı
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə startaplara dəstək verəcək
Şamaxıda AMAL layihəsinin təqdimatı olub
Aqrar Xidmətlər Agentliyinə yeni TƏYİNAT
Aqrar Xidmətlər Agentliyində yeni TƏYİNAT
Şəki sakinlərinin DİQQƏTİNƏ
Gənc alimlərin futbol çempionatı keçiriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 