GŞİH-nin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə bildirik ki, Gəncədəki peşə məktəbində yeni təlim emalatxanasının açılışı olub. Təlim emalatxanası Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına Dəstək” layihəsi çərçivəsində qurulub. Layihə Avropa İttifaqının maliyyə dəstəyilə reallaşdırılır.
Sənaye emalatxanasının açılışından əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Respublikası Təhsil nazirinin müavini İdris İsayev, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Rezident əlaqələndiricisi Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müşavif-elçisi Simona Gattini qəbul edib. Görüşdə Gəncədə həyata keçirilən layihə, onun məqsədi və prespektivlərindən söz açılıb. Bildirilib ki, layihənin əsas məqsədi Gəncə və ətraf rayonlarda peşə təhsilinin cəlbediciliyini artırmaq, tələbələrin peşə təhsilinə qəbulu və buradakı iştirakını genişləndirmək, habelə peşə təhsili sistemini mövcud bazar tələbatı və sənaye sektorunun tələbləri ilə uyğunlaşdırmaqdır.
Görüşdən sonra şəhər rəhbəri və qonaqlar Gəncə Peşə Təhsili və Təlim Məktəbində yeni sənaye emalatxanasının açılışında iştirak ediblər.
Müasir standartlara uyğun şəkildə qurulan emalatxana ötən il təsis olunan Gəncə Peşə Təhsili və Təlimi Mərkəzinin binasında yerləşir və mərkəzin yeni tədris planına daxil edilən altı mühüm sahə üzrə peşə təhsili proqramlarını tədris etmək üçün dünya səviyyəli sənaye və texniki təlim avadanlığı ilə təchiz edilib. Məktəb isitmə, havalandırma və soyutma sistemləri; mənzil təsərrüfatı və yaşayış obyektlərinin təmiri xidməti; dağ-mədən işləri; moda və dizayn; plastik boruların quraşdırılması və təmiri üçün plastik qaynaq xidmətləri; və nəhayət, maşınqayırma və cihazqayırma sənayesində metal hissəciklərin istehsalı və yığımı üçün lazım olan tornaçı xidmətlərinin göstərilməsi kimi sahələr üzrə kadr hazırlayır.
Gəncədəki yeni mərkəzin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq şöbəsinin rəhbəri xanım Simona Gatti qeyd edib ki, “Avropa İttifaqı Azərbaycanda peşə təhsili və təlimi sisteminin Avropa standartlarına və təcrübəsinə uyğun şəkildə müasirləşdirməsinə dəstək göstərir. Ümumiyyətlə bu layihə, vərdişləri əmək bazarının tələblərinə uyğunlaşdırmağa kömək edəcək. “Bizim bu gün Gəncə Regional Sənaye Peşə Təhsili və Təlimi Mərkəzində açdığımız bu emalatxana, tələbələrə öyrəndiklərini təcrübədə tətbiq etmək imkanı verəcək” – deyə Simona Gatti vurğulayıb.
Gəncədə yaradılan Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzində 60 tələbə təhsil alır. Tələbələr yeni açılan emalatxanada avadanlıq və texnika ilə necə işləmək lazım gəldiyini öyrənmək imkanı əldə edəcəklər.



Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir - Nazir
Ceyhun Bayramov BMT, Aİ və Dünya Bankının rəsmiləri ilə görüşüb
Niderland Krallığının Azərbaycandakı səfiri Gəncədədir
"Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar" adlı layihə
Elmar Məmmədyarov BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisini qəbul edib
Baş nazirdən ali təhsil müəssisələri barədə MÜHÜM QƏRAR
Niyazi Bayramova “Şərəf və ləyaqət” ordeni təqdim olunub
İlham Əliyev Fərman imzaladı
Peşə təhsili üzrə "Dərs vaxtı"nın 2 mart CƏDVƏLİ
“Peşə təhsili haqqında” qanun müzakirədən keçdi
İlham Əliyev Təhsil Mərkəzinin açılışında
Məmmədyarov Frakassettini qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 