Qaradağ rayonunda şəhid ailələri və qazilərlə Novruz bayramı qeyd edildi.
ONN media xəbər verir ki, 18 mart 2022-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində " Azərbaycan tarixinin şanlı səhifələrini qanı ilə yazanlar " layihəsi çərçivəsində şəhid ailələri, qazilər və rayon ictimaiyyəti nümayəndələri ilə görüş keçirilmiş və Novruz bayramı şənliyi qeyd edilmişdir.
Tədbir Qaradağ Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı, Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutmuşdur. Lahiyə çərçivəsində " Qaradağ Rayon Üzrə İkinci Qarabağ – Vətən Müharibəsi Şəhidlərimiz " adlı kitabça tədbir iştirakçılarının hər birinə paylanmışdır.
Kitabçada 44 günlük Vətən müharibəsi zamanı həlak olmuş Qaradağ rayon ərazisində yaşayan şəhidlərimiz haqqında qısa məlumat verilir. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin Hümanitar və İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, 91-lərin və YAP Ağsaqqallar Şurasının üzvü Munis Bayramov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin üzvü Səbinə Xasayeva, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilarlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Ülkər Süleymanova və şəhid ailələrinin üzvləri, qazilər: Elxan Məmmədov, Vaqif Cəbrayılov və başqaları çıxış etmişlər.
Tədbirin bədii hissəsində Qaradağ rayonu Sahil Qəsəbəsi 228 saylı tam orta məktəbin direktor müavini Cəmilə xanım Nuqrəzadə Novruz Bayramı ilə əlaqədər şeirlər söyləyib, həmin məktəbin bədii özfəaliyyət kollektivinin və 5 saylı İncəsənət Məktəbinin kollektivinin iştirakı ilə mahnılar oxunub. Aşıq Seyid Xanların ifasında saz havaları səsləndirilib. Tədbirin sonunda şəhid ailələri, qazilər və digər iştirakçılar üçün bayram hədiyyələri paylanıb.
Qeyd edək ki, həmin layihə çərçivəsində növbəti tədbirlərin keçirilməsi Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində nəzərdə tutulmuşdur.
İlkin Əliyev - Gənc Politoloqlar Mərkəzinin sədri



Azərbaycan tarixinin şanlı səhifələrini qanı ilə yazanlar
Nərmanovda “8 noyabr Zəfər Günü” qeyd edildi
“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi öz missiyasını Kürdəmir rayonunda icra edib
Sabirabad rayonunda “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi öz missiyasını icra edib
Azərbaycanda icra hakimiyyətləri ilə bağlı VACİB YENİLİK
"Analar baş tacımız" adlı tədbir keçiriləcək
Şadlıq evi və kafe sahibləri həbs edildi
Əli Əsədov qərar imzaladı: Yeni komissiya yaradıldı
Yunus Oğuzun "Cığır"ı Azərbaycanı gəzməyə davam edir
Milli Məclisin komitə sədri şəhid ailələri ilə görüşüb
Əliyevin anım günü münasibətilə ehsan verildi
Rəşad Dağlı istintaq təcridxanasına köçürüldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 