ONN İnformasiya Agentliyi

ABŞ səfirliyindən müraciət: Ukraynanı dərhal tərk edin

ABŞ səfirliyindən müraciət: Ukraynanı dərhal tərk edin
23-08-2022, 17:46

ABŞ-ın Kiyevdəki səfirliyi dünən Ukraynadakı vətəndaşlarına dərhal ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.

ONN media xəbər verir ki, təhlükəsizlik xəbərdarlığında Rusiyanın Ukraynadakı mülki infrastrukturlara zərbələr endirəcəyi bildirilib.

“Xarici İşlər Nazirliyi xəbərdardır ki, Rusiya yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə hücumlar etmək üçün səylərini gücləndirir. Rusiyanın Ukraynaya hücumları mülki əhali və mülki infrastruktur üçün daim təhlükə yaradır. ABŞ səfirliyi öz vətəndaşlarını təhlükəsiz olduğu təqdirdə şəxsi yerüstü nəqliyyat vasitələrindən istifadə edərək dərhal Ukraynanı tərk etməyə çağırır" deyə açıqlamada qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png