Aprelin 6-da Bakıda Gənc Qan Donorlarının III Ümumrespublika Forumunun açılış mərasimi keçirilib.
Tədbir "Qırmızı Ürəklər" (Red Hearts) Fondu, Qan Donorları Assosiasiyası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Mərkəzi Qan Bankı və "Fairmont" hotelinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.
Tədbirdə qeyd olunub ki, Forumun məqsədi ölkədə qan donorluğunun inkişafına dəstək, gələcək nəslin qorunması və eyni zamanda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası üçün qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsidir.
Forumda Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Əməkdar həkim Rəşad Mahmudov, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, "Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva, Prezident Administrasiyasının Qeyri-Hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Valeh Hüseynov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, tədbirin əhəmiyyətindən danışıblar. Çıxışçılar ölkə ictimaiyyətinin diqqətini bir daha adı çəkilən sahəyə yönəltməklə qan vermənin faydalarını daha geniş auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Forum çərçivəsində paytaxt Bakıdan və regionlardan seçilmiş 30 nəfər gənc "könüllü donor şəbəkəsinin" qurulması mövzusunda təşkil olunan 3 günlük təlimdə iştirak ediblər. Gənclər arasında yaradılan kommunikasiya və aldıqları təlimlər imkan yaradacaq ki, ölkədə qan donorluğu istiqamətində mobil könüllü qruplar olaraq fəaliyyət göstərsinlər.



İlham Əliyev sərəncam imzaladı
"İnsanlardan istifadə edərək öz maraqlarını güdən QHT-lər var" - Vüsal Quliyev
Azay Quliyev koronavirusla bağlı QHT-lərə çağırış etdi
Azay Quliyev Müşahidə Şurasının sədri seçildi
"Zəfər Forumu"nun bağlanış mərasimi keçirilib
Heydər Əliyev Fonduna yeni status verildi
Qırmızı Ürəklər Fondu 3 şəhid ailəsini evlə təmin etdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Qeyri-hökumət təşkilatlarının NƏZƏRİNƏ!
QHT nümayəndələri Nizami Gəncəvinin məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər
Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir
Azərbaycan tarixinin şanlı səhifələrini qanı ilə yazanlar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 