Qırmızı Ürəklər Fondu tərəfindən Kürdəmir və Masallı rayonundan olan 3 şəhid ailəsinə fərdi yaşayış evləri təqdim edilib. 3 otaqdan ibarət tam təmirli fərdi yaşayış evlərində ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Evlərin açarlarının təqdim edilməsi tədbirində Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva və fondun əməkdaşları iştirak ediblər.
ONN media xəbər verir ki, tədbirdə Sevda Haqverdiyeva ölkə prezidentinin müvafiq göstərişlərinə əsasən, dövlət tərəfindən həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyi qeyd edib. O bildirdi ki, fond da dövlətin sosial sahədə həyata keçirtdiyi siyasətə hər zaman öz resursları çərçivəsində dəstək göstərməyə çalışır. Fonda donorlar tərəfindən edilən ianələr fəaliyyət istiqamətlərinə uyğun formada layihələrin həyata keçirilməsinə yönləndirilir. Yeni evlərlə təmin olunan şəhid ailələri bu gözəl təşəbbüsə görə fonda və donorlara minnətdarlıqlarını bildiriblər.
“Tarix Yazan Qəhrəmanlarımız” layihəsi çərçivəsində donorlar tərəfindən fonda edilən ianələr hesabına 2023-cü il ərzində daha 7 şəhid ailəsinə fərdi yaşayış evləri təhvil veriləcək. Tikintisi davam edən növbəti dörd evin isə cari ilin 3-cü rübünə kimi təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar//axar.az



Şəhid ailələrinə və müharibə əlillərinə yeni evlər verildi
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
Gənc Qan Donorlarının III Ümumrespublika Forumu keçirildi
Şəhid ailələri və müharibə əlillərinə 140 mənzil və fərdi ev verildi
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 100 mənzil verildi - VİDEO
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verildi
Daha 30 mənzili şəhid ailələri və Qarabağ əlillərinə təqdim edildi
100-cü şəhid övladı dünyaya gəldi
Şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim edildi
Şəhid və qazi ailələri ilə bağlı sərəncam imzalandı
Mehriban Əliyevadan şəhid ailələrinə BÖYÜK JEST
33 şəhid ailəsi və müharibə əlilinə mənzil verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 