7 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
ONN media xəbər verir ki, Memorandumu Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.
Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad olunan ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpası, yenidənqurulması və qorunması, işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmaya, əlverişli həyat şəraitinin yaradılmasına, inkişafa və nəticədə bu ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə verməkdir.
Anlaşma Memorandumunda işğaldan azad olunan ərazilərdə bərpaya ehtiyacı olan tarixi və mədəni obyektlərin real vəziyyətinin təhlili, tarixi və bədii maraq baxımından Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən daşınar və ya daşınmaz mədəni irsin bərpası və yenidənqurulması, mədəniyyət müəssisələrinin tikintisi sahəsində dövlət-özəl tərəfdaşlığı mexanizminin hazırlanması, təşviqatı və inkişaf etdirilməsi, bu ərazilərdə yaradıcı sənayelərin formalaşması prosesinin təşviqi və dəstəklənməsi kimi məsələlər əhatə olunub.
Razılaşmada eyni zamanda, tarix-memarlıq və arxeoloji abidələrin tədqiqatının, mütəxəssis qrupları tərəfindən abidələr üzrə təhlilin aparılması, təhlil və tədqiqatlar əsasında elmi nəşrlərin təşkili, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bölgənin tarixi, mədəniyyəti, adət-ənənələri və digər dəyərlərinə həsr olunan, o cümlədən Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı və 2024-cü ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar birgə layihələrin həyata keçirilməsi öz əksini tapıb.
Qeyd olunmalıdır ki, işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi, ianələrin cəlb edilməsi Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır.
Bu əməkdaşlıq çərçivəsində Azərbaycan cəmiyyətinin və diasporun geniş dairələrini bərpa və yenidənqurma işlərinə cəlb etmək, onlarda iştirakın zəruriliyi hissini formalaşdırmaq, erməni işğalı nəticəsində Qarabağa dəyən zərər haqqında məlumatlandrmaq məqsədilə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin aparılması, ianə mədəniyyətinin təbliği kimi əhəmiyyətli məsələləri də əhatə edəcək.
Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərin bərpası, yenidənqurulması, sosial-iqtisadi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdə əhəmiyyətli rol oynayacağını ifadə ediblər.



Cəbrayılda “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi” salınır
Mikayıl Cabbarovdan QARABAĞ AÇIQLAMASI
Dövlət Xidmətinin regional idarələri yaradılır
Anar Kərimov İraqın rabitə naziri ilə görüşdü
Heydər Əliyev Fondu ilə UNICEF arasında memorandum imzalandı
Azərbaycanla Gürcüstan arasında beş sənəd imzalandı
Prezident FƏRMAN İMZALADI
Azərbaycan və İraq arasında sənədlər imzalandı
Azərbaycan və Tacikistan arasında yeddi sənəd imzalandı
Azərbaycan ilə Meksika arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 