Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb. Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, səfiri salamlayan Anar Kərimov bu günlərdə Azərbaycanın tarixi zəfəri ilə başa çatan Vətən müharibəsindən söz açıb, işğaldan azad olunan əzəli yurd yerimiz Qarabağın zəngin tarixi-mədəni irsə malik olduğunu, Azərbaycan mədəniyyətinin beşiyi olduğunu vurğulayıb. Eyni zamanda, Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində Azərbaycan mədəniyyətinə və irsinə dəymiş ziyan, vandalizm aktları barədə məlumat verib. Azərbaycanla Meksika arasında müxtəlif istiqamətlərdə münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən A.Kərimov ikitərəfli mədəni əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Səmimi qəbula görən təşəkkürü bildirən səfir öz növbəsində fəaliyyəti dövründə Azərbaycanla Meksika arasında iqtisadi, siyasi və digər sahələrlə yanaşı mədəniyyət sahəsində də əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş”-ə də toxunulub, mədəniyyət sahəsində mövcud əlaqələrə töhfə olaraq qarşılıqlı mədəniyyət günlərinin təşkili, hər iki ölkədə Azərbaycan və Meksikanın zəngin mədəniyyətlərinin təqdim edilməsi məqsədilə birgə layihələrin icrası məsələləri müzakirə olunub. Sonda müvafiq sahədə inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Meksika arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi



Anar Kərimov İraqın rabitə naziri ilə görüşdü
Anar Kərimov David Zalkaliani ilə görüşdü
Anar Kərimov Erkan Özoralla görüşdü
Vətən Müharibəsində 6 mədəniyyət işçisi şəhid olub
Anar Kərimov sabah Gürcüstana gedir
Anar Kərimov xorvatiyalı nazirlə görüşdü
Ramil Usubov səfir Xuan Rodrigo Labardini Floresi qəbul etdi
Anar Kərimov Ərdoğanın müşaviri ilə görüşdü
Anar Kərimov ona YÜKSƏK VƏZİFƏ verdi
Anar Kərimov kollektivə təqdim olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 