Ukrayna hava məkanının böyük hissəsinə nəzarəti əlində saxlayır, Rusiya isə Ukrayna Hərbi Hava Qüvvələrini effektiv şəkildə məhv edə və ya ölkənin hava hücumundan müdafiə sistemini sıxışdıra bilməyib.
Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.
İcmalda qeyd olunub ki, Rusiya aviasiyası əsasən Ukraynanın cənubunda və şərqində cəmləşərək Rusiya quru qoşunlarına dəstək verir. Məlumata görə, Rusiyanın Ukraynanın şimalına və qərbinə hava çıxışı çox məhduddur, hücum əməliyyatlarını uzaqdan silahlarla dərin zərbələrlə məhdudlaşdırır.
Bildirilib ki, Ukrayna Rusiya təyyarələrini risk altında saxlamaqda davam edir: “Rusiya Ukraynanın hərbi obyektlərinə və ölkə daxilində logistika infrastrukturuna zərbələr endirməkdə davam edir”.
Rusiya hava hücumlarının əksəriyyətinin Mariupola sərbəst düşən idarə olunmayan bombalar olması ehtimalı var.
Əvvəllər Rusiya qoşunlarının əsasən neft anbarlarını atəşə tutduğu, yanacaq tədarük zəncirlərini məhv etməyə çalışdığı bildirilirdisə, indi onlar strategiyalarını dəyişiblər.
Britaniya kəşfiyyatının məlumatına görə, dəmir yollarını həm qərbdən şərqə, həm də əksinə atəşə tutmaqla ruslar təkcə Ukrayna ordusunun təchizatını məhv etməyə deyil, həm də Ukraynanın ixracını pozmağa çalışırlar.



Ukraynanın Su-27 qırıcısı vuruldu
Rusiya ordusu hücuma hazırdır - Ukrayna MN
Ukraynanın mühüm hərbi mərkəzi məhv edildi
Rusiya qoşunları Ukraynanın Xerson şəhərinə girdi
Rusiyadan "Bayraktar" qadağası
Aerodromlara raket zərbələri endirilir - Ukrayna
Rusiya Ukraynanın hücumunu necə dayandırdı?
Hərbi obyektlər vurulub, aerodromlara raket zərbələri endirilib - Ukrayna Baş Qərargahı
Rus ordusu Ukraynanın silah anbarını vurdu
SON DƏQİQƏ: Rusiya ordusunun 2 bölüyü məhv edildi, əsgərlərlə dolu avtobus...
Rusiya Ukraynanın itkilərini açıqladı
Kiyevdə Rusiyanın iki qırıcısı VURULDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 