Almaniyanın “Bild” dövri nəşrinin hərbi eksperti Julian Röpke Rusiya-Ukrayna müharibəsindən bəhs edən sənədli film çəkib.
ONN media xəbər verir ki, filmdə Röpke 2023-cü ilin yay və payızında Ukraynanın əks-hücum əməliyyatının Kiyev üçün o qədər də uğurlu olmadığını bildirib.
Buna səbəb kimi isə rus qoşunlarının cəbhə xəttində “Surovikin xətti” adlanan güclü müdafiə sistemləri qurması göstərilib:
“Bu, uzunluğu 200 km və dərinliyi 20 km olan müdafiə istehkamları sistemidir, bunun sayəsində Ukrayna ordusu böyük itkilər bahasına yalnız bir neçə kilometr irəliləyə bildi. Beləliklə, Rusiya Ukraynanın cənubunda işğal etdiyi ərazilərin 98 faizini öz nəzarəti altında saxlaya bildi”.
Röpke həmçinin Qərbin Ukraynaya etdiyi yardımların azalmağa başladığını “böyük təhlükə” adlandırıb:
“Biz Ukraynanın Rusiya ilə danışıqlara başlaması haqda müəyyən tendensiya və yanlış təsəvvür görürük. Lakin ruslar danışıqların aparılmasını istəmir. Ukraynanın bir ölkə kimi xəritədə qalacağını mübahisələndirən ruslar tərəfindən heç bir danışıq təklifi yoxdur. Kim rusların Xerson və Zaporojya ərazilərinin işğalından geri çəkiləcəyini düşünürsə, deməli, onlar son iyirmi aydan dərs almayıblar”.



Rusiya aviasiyası Ukraynanın cənubunda
Ukraynanın Su-27 qırıcısı vuruldu
Rus ordusu irəliləyə bilmir - Britaniya
Ukraynanın baş prokuroru: “Kiyev vilayətində 1200-dən çox cəsəd tapılıb”
Rusiya ordusu hücuma hazırdır - Ukrayna MN
Rusiya qoşunları Ukraynanın Xerson şəhərinə girdi
Ukrayna Moskvanı vurmağa hazırlaşır?- ŞOK İDDİA
Finlandiya prezidentindən Rusiya və Ukraynaya ÇAĞIRIŞ
Rusiyada səfərbərlik yenidən başladı
Ukraynalılara yeni təhlükə barədə xəbərdarlıq edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 