Bu gün Londonda Böyük Britaniyada kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən Vindzor Kral Atçılıq Şousu başlayır.
Atçılıq Federasiyasından verilən xəbərə görə, Böyük Britaniyanın Vindzor qəsrində Birləşmiş Krallığın Kraliçası İİ Yelizavetanın şəxsən iştirakı ilə keçirilən bu şouya 2012-ci ildən etibarən Azərbaycan təmsilçiləri də qatılır.
Bu il Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunan "Royal Windsor Horse Show" tədbirdə təmsilçilərimiz tərəfindən "Odlar Yurdu” adlı xüsusi proqram təqdim olunacaq.
Heydər Əliyev Fondunun dəstəyi, Atçılıq Federasiyasının təşkilatçılığı ilə ərsəyə gələn, 70 nəfərlik heyətin cəlb olunduğu, Azərbaycanın əməkdar artisti Nicat Kazımovun quruluş verdiyi proqramda Dövlət Sərhəd Xidmətinin 15 süvarisi tərəfindən Qarabağ atları üzərində möhtəşəm igidlik hərəkətləri nü¬ma¬yiş etdiriləcək, Azərbaycan Respublikasının əməkdar artisti, xoreoqraf Fərid İbrahimovun rəhbərliyi ilə "Sərhədçi" ansamblı tərəfindən milli musiqimizin sədaları altında möhtəşəm rəqs kompozisiyası sərgilənəcək.
12-15 may tarixlərində təşkil olunacaq şouda Azərbaycan nümayəndələrinin ümumilikdə 4 çıxışı nəzərdə tutulub. Tədbirin bədii hissəsində Azərbaycanla yanaşı Oman, Bəhreyn, İsveçrə, Fransa, Norveç və Hindistan kimi dövlətlərin nümayəndələrinin iştirakı da nəzərdə tutulur.
Ənənəvi olaraq böyük tamaşaçı marağına səbəb olan Kral Atçılıq tədbirləri Britaniyanın və aparıcı dünya dövlətlərinin TV və mediaları tərəfindən geniş işıqlandırılacaq.



İlham Əliyev Kraliçaya at hədiyyə göndərdi
Kraliça “Xarı bülbül”ə baş çəkdi, Qarabağ atlarına tamaşa etdi
Qarabağ atlarının Britaniyadakı möhtəşəm çıxışının görüntüləri - VİDEO
Cəsar Məmmədovun rəsm əsəri Britaniya Kraliçasına hədiyyə edilib
Kraliçanın qəsrinə SİLAHLI BASQIN
Qarabağ atlarının Avropaya ixracı planlaşdırılır
İlham Əliyev kraliçanın ölümü ilə bağlı başsağlığı verdi
Həyat yoldaşından Elnarəyə hədiyyə
Şahzadə Filip dəfn edildi
Böyük Britaniyada ada üçün kral axtarılır
Ərdoğana “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edildi
Kraliça bu tarixdə dəfn olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 