Böyük Britaniyanın paytaxtı London şəhərində 1-4 iyul tarixlərində keçirilən ənənəvi "Royal Windsor Horse Show” - “Vindzor Kral Atçılıq Şousu” başa çatıb. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, II Elizabetin və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbirlərdə "Xarı-Bülbül” adlı xüsusi şou-kompozisiya hər gün təqdim olunub.
Vətən Müharibəsində əldə olunmuş möhtəşəm Zəfərə və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuş bu kompozisiyada Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun Qarabağ atları üzərində nümayiş etdirdikləri igidlik və cəsurluq hərəkətləri, Azərbaycan milli geyimində arenaya çıxan “Sərhədçi” rəqs ansamblının möhtəşəm çıxışları, süvarilərimizin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması, Azərbaycan milli rəqsi ilə atsürmə elementlərinin sintezi böyük rəğbətlə qarşılanmış, izləyicilərin qəlbində Qarabağ atlarının coşqusunu alovlandırıb.
Məşhur “Xudayar təsnifi”nin, Tofiq Quliyevin “Qaytağı”sının, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin müsiqisinin sədaları altında təmsilçilərimizin bənzərsiz çıxışları Azərbaycanın, o cümlədən də işğaldan azad olunmuş Qarabağın və ətraf rayonların böyük ekranlarda nümayiş etdirilən füsünkar görüntüləri ilə müşayiət olunub.
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış bu proqramda xalqımızın zəngin mədəniyyəti, qəhrəmanlığı, cəsarəti və qorxmazlığı Qarabağ atlarının bənzərsiz gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə ifadə edilib. “Xarı-Bülbül” şou kompozisiyasını xüsusi maraqla izləmiş Birləşmiş Krallığın Kraliçası Ülyahəzrət II Elizabet nümayəndə heyəti ilə görüşüb, xatirə fotoşəkili çəkdirib, Azərbaycan təmsilçilərinin çıxışını möhtəşəm adlandırıb.



Qarabağ atları Vindzor Kral Şosuna qatılacaq
İlham Əliyev Kraliçaya at hədiyyə göndərdi
Qarabağ atlarının Britaniyadakı möhtəşəm çıxışının görüntüləri - VİDEO
Cəsar Məmmədovun rəsm əsəri Britaniya Kraliçasına hədiyyə edilib
Bir qrup sərhədçi “Heydər Əliyev zirvəsi”ndə
DSX-nin hərbi qulluqçuları tərxis edildi
Heydər Əliyev zirvəsinə sərhədçi yürüşü - FOTO/VİDEO
Azərbaycan və Ermənistanın DTX və DSX rəhbərlərinin görüşü keçirildi
Ölkə başçısından şəhid sərhədçilərlə bağlı — FƏRMAN
Dövlət Sərhəd Xidməti İran sərhədi ilə bağlı xəbər yaydı
Üzərində "Qarabağ Azərbaycandır" yazılmış pul buraxıldı
Dövlət Akademik Filarmoniyasının noyabr repertuarı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 