Azərbaycan Respublikası Prezidentinin hədiyyəsi Kraliça II Yelizavetaya təqdim olunub.
12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizaveta Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.
“Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.
Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birgə yeni sahibinə təhvil verilmişdir. Daha sonra Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəl¬ləri Ülyahəzrət Kraliçaya hədiyyə olunmuşdur.
Ülyahəzrət II Yelizaveta hədiyyəyə görə təşəkkürlərini ifadə etmiş, “Vindsor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirmişdir.



Qarabağ atları Vindzor Kral Şosuna qatılacaq
Kraliçanın qəsrinə SİLAHLI BASQIN
Qarabağ atlarının Britaniyadakı möhtəşəm çıxışının görüntüləri - VİDEO
Cəsar Məmmədovun rəsm əsəri Britaniya Kraliçasına hədiyyə edilib
Kraliça “Xarı bülbül”ə baş çəkdi, Qarabağ atlarına tamaşa etdi
İlham Əliyev kraliçanın ölümü ilə bağlı başsağlığı verdi
İlham Əliyev kraliça II Elizabeti təbrik edib
Dövlət Baxçalı İlham Əliyevə hədiyyə göndərdi
Şahzadə Filip dəfn edildi
İlham Əliyev Britaniya Kraliçasına və baş nazirinə başsağlığı verdi
İlham Əliyev Böyük Britaniyada səfərdədir
İlham Əliyev Britaniya Kraliçasını təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 