Yalnız dəri üçün faydalı olduğu düşünülən kollagen əslində saç sağlamlığından qığırdaqlara, üz qırışlarından ürək xəstəliklərinə qədər bütün bədənimiz üçün əvəzolunmaz bir zülaldır. Bəs niyə kollagen itkisi yaşayırıq?
ONN media xəbər verir ki, bu barədə Cərrahpaşa Tibb Fakültəsi Xəstəxanasının baş həkimi, Dermatologiya şöbəsinin müəllimi Zəkayi Kutlubay “Milliyyət”ə danışıb.
O bildirib ki, dərinin nəmliyini və elastikliyini təmin edən kollagen əlavəsi oynaqda ağrılar azalda bilir. Saç köklərini qorumaqla yanaşı, saçların ağarmasını azaltmağa kömək edir, ürək sağlamlığına müsbət təsir edir.
“Kifayət qədər idman etməmək, siqaret çəkmək, ultrabənövşəyi şüalar və stress kimi faktorlar orqanizmdə kollagenin parçalanmasına səbəb olur. Tərkibində kollagen olan qidalar arasında balıq, toyuq və hinduşka əti, yumurta, yaşıl tərəvəzlər, şaftalı, ərik, ananas, manqo, limon, qreypfrut, portağal, kivi, qovun, kök, balqabaq və kartof var.
İdman etməklə, Omeqa3-lə daha zəngin qidalanaraq, bitki yağlarından qaçaraq, D vitaminimizə nəzarət və stressimizi idarə etməyi öyrənərək kollagenin istehsalına töhfə verə bilərik. Bunları etməklə siz də qocalma prosesini gecikdirə bilərsiniz”, - professor deyib.



Qara şokolad, yaşıl çay, avokado... - İnsanı cavanlaşdıran qidalar AÇIQLANDI
Yaşıl soğanın möcüzəvi faydaları
İnsanı 10 yaş cavanlaşdıran qidalar hansılardır?
Dərinizi bunlarla gözəlləşdirin - SİYAHI
Meyvə çəyirdəklərinin inanılmaz FAYDALARI
Dərini gözəlləşdirən qidalar
Dəridə qırışmaya təsir göstərən amillər hansılardır?
ÜST pərpətöyünün faydalarını açıqladı
Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI
Qidaların rənginə görə faydaları – SİYAHI
Saç tökülməsinin qarşısını alan QİDALAR — SİYAHI
Yorğunluqdan qurtulmaq üçün nə etməliyik?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 