Azərbaycan Milli İncəsənət Muzeyinin təsviri sənətimizin ölməz korifeylərinin yaradıcılığını yenidən yaşatmaq və yeni nəslə tanıtmaq məqsədilə gerçəkləşdirdiyi “Bədii lövhələr” layihəsinin növbəti qəhrəmanı Azərbaycan rəssamlıq məktəbinin görkəmli sənətkarlarından sayılan Səttar Bəhlulzadədir.
ONN media xəbər verir ki, muzey iyun ayın ərzində ustad dərsi proqramında balacaları Səttar Bəhlulzadənin “Naxçıvan dağları” tablosu ilə yaxından tanış olmağa və əsərin “step by step” imitasiyasını yaratmağa dəvət edir.
Ustad dərsində balaca ziyarətçilər fərdi üslubu və orijinal dəsti-xətti ilə seçilən sənətkarın yaradıcılığını tədqiq edəcək və rəssamın bənzərsiz təbiət lövhələri ilə tanış olacaqlar.
İsti-soyuq rəngləri tanıyacaq, yeni rənglər əldə etməyi öyrənəcək, eləcə də təsviri sənətin müxtəlif janrlarını kəşf edərək, muzeyin ekspozisiyasında sərgilənən mədəniyyətimizin milli-mədəni sərvətlərini görmək fürsəti əldə edəcəklər.
Muzey bütün azyaşlı sənətsevərləri “Bədii lövhələr” adlı layihədə iştirak etməyə dəvət edir, təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.



Bu gün Səttar Bəhlulzadənin vəfat etdiyi gündür
14 oktyabr Səttar Bəhlulzadənin vəfat etdiyi gündür
Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd ediləcək
Səttar Bəhlulzadə 14 oktyabr vəfat etmişdir
Məktəblilərə ŞAD XƏBƏR - 18 mayda...
“Qarabağ mədəniyyətimizin beşiyi” layihəsinin növbəti təqdimatı Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr edildi
Prezident sərəncam imzaladı
14 oktyabr Səttar Bəhlulzadənin vəfat etdiyi gündür
İncəsənət Muzeyində - “Dünyam”
Milli parklarda “açıq qapı” günü keçiriləcək
Anar Kərimov Bolnisi muzeyi və Marneuli Çay Evini ziyarət etdi
Vəfa Rəhimli: Bizim böyük məqsədimiz... (MÜSAHİBƏ)
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 