Polşanın “Wprost” nəşri Ukraynadakı müharibə ilə bağlı telefon danışığı aparan Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzun fotosunu jurnalın üz qabığına yerləşdirib. İyunun 6-dan, 12-dək olan buraxılış Rusiyanın Ukraynaya qarşı müharibəsinə həsr olunub.
Jurnalistlər nəşrin üz qabığının mənasını açıqlayıblar: “Şolz və Makron Putinin simasını xilas edir. Üz qabığında telefonun bir tərəfində Şolz və Makron, digər tərəfində isə Putinin qanı simvolizə edən qırmızı maye ilə vanna qəbul etməsi təsvir olunub. Bu, hazırda Qərbdə, xüsusilə Böyük Britaniya, Polşa və Baltikyanı ölkələrdə məşhur olan bir mövzudur”.
Qərb analitiklərinin fikrincə Putin heç vaxt planlarını gizlətmir. O, açıq şəkildə SSRİ-nin dağılmasını ötən əsrin ən böyük geosiyasi fəlakəti adlandırır. O, “SSRİ-2” nin yaradılmasına hazır olduğunu dəfələrlə göstərib. Bu, Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstanla etdiyi müharibədə də göründü. Bəli, formal olaraq Dmitri Medvedyev o zaman Rusiya Federasiyasının prezidenti idi. Amma biz başa düşürük ki, o, heç vaxt müstəqil qərarlar vermirdi. Ölkəni ancaq Putin idarə idarə edirdi. İndi də Putin təkcə Krımı deyil, yarımadanı tam ilhaq etməyə qadir olduğunu bütün dünyaya göstərmək qərarına gəlib.
Analitiklər bildirirlər ki, Putin Kiyev də daxil olmaqla bütün Ukraynanı ələ keçirmək istəyir. Qərb isə yenə qəzəblə kifayətlənəcək. ABŞ-a və bütövlükdə NATO-ya Rusiyaya qarşı açıq mübarizə lazım deyil.
Putin isə görünür Ukraynanın ikinci Belarusa çevrilməsinə nail olacaq. Yanukoviçi, yoxsa Tsarevi president qoymasının fərqi yoxdur. Əsas odur ki, Ukraynanın müttəfiqlərinin bütün silahları yararsız olacaq.
Analitiklər hesab edir ki, SSRİ-nin bərpası prosesi gedir ki, bunun qarşısını heç kim ala bilməyəcək. Və Putin üçün hamamında nə qədər qan olmasının heç bir əhəmiyyəti yoxdur. //konkret.az



Putindən SON DƏQİQƏ AÇIQLAMASI: "Yaxın vaxtlarda qondarma "DXR" və "LXR"..."
Makron üç ay sonra Putinə zəng etdi- SƏBƏB NƏDİR?
Makron Putin və Zelenski ilə danışdı
Zelenski təcili Şolts və Makronla danışdı
Makron Putin və Trampla Qarabağı müzakirə edəcək
Putin və Makron Qarabağı müzakirə etdi - SON DƏQİQƏ
ŞOK FAKTLAR ÜZƏ ÇIXDI- Müharibədən saatlar öncə Putin və Makron...
Makron Putinlə bunu müzakirə edəcək
3 liderdən Rusiyaya: Qoşunlarını uzaqlaşdır!
Putindən ŞOK SÖZLƏR: “Navalnı özü özünü zəhərləyib”
Fransa Ukraynaya yardımı 2 milyarda çatdıracaq
Makron Putinə zəng etdi - QARABAĞ MÜZAKİRƏSİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 