Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kinder məhsullarında, o cümlədən yumurtalarında salmonella olması ilə bağlı xəbərlərə münasibət bildirib.
ONN media -ya Agentlikdən daxil olan açıqlamada deyilir:
"Azərbaycana idxal olunan bütün növ qida məhsulları, o cümlədən “Ferrero” şirkətinə məxsus məhsullar idxal olunduğu ölkədən asılı olmayaraq, risk əsaslı nəzarət tətbiq edilməklə müayinələrə cəlb olunur. Ölkəmizə müxtəlif ölkələrdən “Ferrero” şirkətinə məxsus məhsullar idxal edilib və Agentlik tərəfindən digər göstəricilərlə yanaşı, salmonellaya görə müayinələrə cəlb edilib və salmonella törədicisi aşkarlanmayıb. Bu il Agentliyə uşaqlar arasında salmonella mənşəli qida zəhərlənməsi ilə bağlı bildiriş daxil olmayıb. Hazırda araşdırmalar davam etdirilir və araşdırmaların nəticələri əsasında ictimaiyyətə əlavə məlumat veriləcək".
Məlumat üçün bildirək ki, İngiltərənin Qida Standartları və İrlandiyanın Qida Təhlükəsizliyi agentliklərinin yaydıqları rəsmi məlumatlara əsasən, İtaliyanın “Ferrero” şirkəti Belçikada yerləşən müəssisəsində istehsal olunan, son istifadə müddəti məhsulun çeşidinə uyğun olaraq 20 aprel-21 avqust, habelə 11 iyul-7 oktyabr 2022-ci il tarixləri olan aşağıdakı cədvəldə qeyd edilən məhsullarında salmonella olması ehtimalını nəzərə alaraq, həmin məhsul partiyalarının əsas satış ölkələri olan İngiltərə, İrlandiya, Almaniya, İsveç, Fransadan geri çağırılmasına dair qərar qəbul edib.



Qoşqar Təhməzli “Kinder” yumurtalarında bakteriya aşkarlanmasına münasibət bildirib
İçməli su ilə bağlı vətəndaşlara müraciət
Rusiyadan gətirilən toyuq məhsulları yararsız çıxdı
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
ÜST-dən Azərbaycanda da satışdan yığışdırılan kinder yumurtaları ilə bağlı AÇIQLAMA
Kinderə buna görə cinayət işi açıldı
Azərbaycandan rus şirkətinin məhsullarına QADAĞA
İrandan gətirilən 64 ton kartof geri qaytarıldı
Ölkəyə idxal edilən pomidor toxumunda virus aşkarlandı
Rusiyadan gətirilən kartofda zərərverici aşkarlandı
“Bazarstore”nin idxal etdiyi bibərlərdə virus aşkarlandı
Bu ölkədən Azərbaycana gətirilən 90 tona yaxın kartof yararsız çıxdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 