Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il 30 noyabr tarixində “Best Supply Company” MMC, 2021-ci il 3 dekabr tarixində isə “Amotrade” MMC və “Bazarstore” MMC tərəfindən Türkiyə Respublikasından ölkəmizə idxal edilən bibər məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.
Müayinələr nəticəsində ümumilikdə 5 nümunədə qonur qırışıqlıq virusu aşkar edilib. Faktla bağlı respublika ərazisinə idxal edilən təzə bibər məhsulunun bütün partiyalarının qonur qırışıqlıq virusuna görə laborator müayinələrə cəlb edilməsi qərara alınıb. Həmçinin yüksək risk səviyyəsi nəzərə alınmaqla, virus xəstəliyi aşkar ediləcəyi təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq, məhsul ixracatçı ölkəyə geri qaytarılacaq və ya fitosanitar və ekoloji təhlükəsizlik qaydaları əsasında məhv ediləcək.
Qeyd edək ki, qonur qırışıqlıq virusu hazırda Türkiyə də daxil olmaqla, dünyanın bir çox ölkələrində, o cümlədən Almaniya, İspaniya, Niderland və Belçikada yayılmaqdadır. Kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan bu virus bibərlə yanaşı, pomidor, badımcan, kartof və tütün məhsullarına da böyük həcmdə zərər vurur. İnsan sağlamlığına təsir etməyən, lakin fitosanitar riski yüksək qiymətləndirilən və meyvənin əmtəə keyfiyyətini aşağı salmasına görə təhlükəli sayılan bu virus məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Sözügedən xəstəliyə qarşı səmərəli mübarizə metodu olmadığı üçün yoluxmuş bitkinin sağlamlaşdırılması mümkün deyil.



İrandan gətirilən 64 ton kartof geri qaytarıldı
Bu ölkədən Azərbaycana gətirilən 90 tona yaxın kartof yararsız çıxdı
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
Rusiyadan gətirilən kartofda zərərverici aşkarlandı
Ölkəyə idxal edilən pomidor toxumunda virus aşkarlandı
Azərbaycandan rus şirkətinin məhsullarına QADAĞA
İrandan gətirilən bu məhsul yararsız çıxdı
İçməli su ilə bağlı vətəndaşlara müraciət
İrandan gətirilən xurma yararsız çıxdı
Rusiyadan gətirilən toyuq məhsulları yararsız çıxdı
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Ölkəyə gətirilən 3 ton pomidor toxumu məhv edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 