Düşmən üzərində zəfər qazandığımız Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Həsənli Elçin Vaqif oğlunun 29-cu doğum günü qeyd edilib.
ONN media xəbər verir ki, anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak edib. İştirakçılar əvvəlcə Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında uyuyan şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzülüb.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.
Anım mərasimi Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Mərasimdə Azərbaycan Respublikasının dövlət himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın döyüş meydanında əldə etdiyi zəfərdən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, hazırda işğaldan azad edilən dədə-baba yurdlarımızda böyük quruculuq işləri həyata keçirilir. Abşeron rayonu da bu quruculuq işlərə öz tövhəsini verəcəkdir.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında soydaşlarılmız çox yaxın zamanda evlərinə geri dönəcək və Qarabağda həyat yenidən canlanmağa başlayacaq.
Sonra çıxış edən şəhid E.Həsənlinin atası Vaqif Həsənli, anası Xatirə İsmayılova, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, din xadimi Rasim Xudaverdiyev və digərləri xalqımızın əldə qazandığı qələbədən, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan, idiglərimizin qəhrəmanlıqlarından danışıblar.
Şəhid ailələri ölkəmizdə onlara göstərən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.
Sonda ölkəmizin incəsənət nümayəndələrinin, Xırdalan şəhər 11 illik musiqi məktəbinin hazırladığı bədii kompozisiya təqdim edilib, məktəblilər vətənə, qələbəyə aid şeirlər səsləndirib



Şəhid Turqut Xəlilbəylinin doğum günü qeyd olunub
Vətən Müharibəsi şəhidləri anım günlərində yad edildi
Şəhid Əhmədağa İskəndərov anım günündə yad edilib
Gəncədə şəhidlərin xatirəsi anıldı
Şəhid ailələrinin xanımları üçün tədbir təşkil olundu
Vətən müharibəsi şəhidi Sənan Abdullayevin doğum günü qeyd edilib
Nərmanovda “8 noyabr Zəfər Günü” qeyd edildi
Vətən müharibəsi şəhidi anım günündə yad edildi
Zərdabda Xocalı faciəsinin anım günü keçirildi
Yevlaxda şəhidlərin xatirəsinə abidə ucaldıldı
Vətən müharibəsi şəhidinin adına bulaq açıldı
Abşeronda antiterror şəhidləri anılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 