Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şanlı ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Əhmədağa İskəndərovdur. Onun əziz xatirəsi bu gün Nərimanov rayonunda dərin hörmətlə yad edilmişdir.
İlk öncə şəhidin məzarı Milli Məclisin sədr müavini Adil Əliyev, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvləri Hikmət Məmmədov və Rasim Musabəyov, Rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, RİH-nin kollektivi, rayonun fəal gəncləri şəhid ailələrinin üzvləri ilə birgə ziyarət edilmiş, şəhid Əhmədağanın və bütün şəhidlərin unudulmaz xatirəsi böyük ehtiramla anılmışdır. Ziyarət zamanı Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, mövqeyi və diplomatiyası sayəsində qazanılan zəfərdən, şəhidlərimizin bu zəfərdə olan misilsiz rolundan, şəhid Əhmədağanın şərəflə keçdiyi həyat yolundan və onun göstərdiyi şücaətdən danışılmışdır. Şəhidlərimizin heç zaman unudulmadığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, dövlətimizin və xalqımızın ilk günlərdən onların yanında olduğu, qayğılarına xüsusi həssaslıqla yanaşıldığı qeyd edilmişdir.
Bundan əlavə şəhid Əhmədağa İskəndərov və şəhid polkovnik-leytnant Qərib Baxşəliyevin təhsil almış olduğu 82 saylı tam orta məktəbdə şəhidlərin xatirə lövhəsinin açılışı olmuşdur. Yaradılan xatirə guşəsində şəhid Əhmədağa İskəndərov və Qərib Baxşəliyevlə bağlı məlumatlar qeyd olunaraq onların təltif və medalları yerləşdirilib. Xatirə lövhəsinin açılışında şəhid Əhmədağa İskəndərovun atası Novruz Əhmədov və onun ailə üzvləri, şəhid Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin kollektivi, Rayon Bələdiyyəsinin sədri, məktəb kollektivi, rayon gəncləri iştirak edib. Məktəblilər tərəfindən şəhid Əhmədağa İskəndərov və şəhid Qərib Baxşəliyevə həsr olunmuş bədii və video kompozisiyalar göstərilmişdir. Müəllim və sinif yoldaşları şəhidilərimizin hələ məktəbli yaşlarından necə vətənə bağlı, qorxmaz və mətin olduqları ilə bağlı öz xoş xatirələrini bölüşmüşmüşlər.
Tədbirdə çıxış edənlər Vətən uğrunda canından keçən şəhidlərimizin Vətən, torpaq naminə göstərdikləri qəhrəmanlıqların məktəblilər üçün örnək olduğunu, gələcək nəsillərin şəhidlərimizin döyüş yolunu öyrənərək vətənpərvər ruhda böyüməsində bu cür tədbirlərin böyük rolu olduğunu qeyd edib.
Xatirə guşəsinin təqdimatından sonra şəhidlərimizin təhsil aldığı və adları verilmiş sinif otaqları ziyarət olunub.
Eyni zamanda məktəbdə şəhid Əhmədağa İskəndərovun anım günündə onun xatirəsinə həsr edilmiş şahmat turniri keçirilmiş, şəhidimizin atası ilk gedişi edərək turniri açıq elan etmişdir. Sonda qaliblər şəhid ailələrinin iştirakı ilə mükafatlandırılmışdır.
Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Əhmədağa İskəndərovun adına ehsan verilib, şəhidin ruhuna dualar oxunub.
Qeyd edək ki, şəhidimizin Vətən Müharibəsi zamanı göstərdiyi şücaət Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək Əhmədağa İskəndərov "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid ailələləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.



Vətən müharibəsi şəhidi anım günündə yad edildi
Vətən Müharibəsi şəhidləri anım günlərində yad edildi
Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyev yad edilib
Nərmanovda “8 noyabr Zəfər Günü” qeyd edildi
Şəhid Turqut Xəlilbəylinin doğum günü qeyd olunub
Şəhid Azad Hümbətovun anım tədbiri keçirilib - FOTOLAR
Vətən müharibəsi şəhidi Sənan Abdullayevin doğum günü qeyd edilib
Şəhid Elçin həsənlinin doğum günü qeyd olundu
4 küçəyə şəhidlərin adı verildi
Şəhid ailələri N saylı hərbi hissədə
Zərdabda Xocalı faciəsinin anım günü keçirildi
Nərimanov Rayon Gəncləri yeni ilin ilk günündə şəhidlərimizi ziyarət etdilər - FOTOLAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 