30 ilə yaxın erməni qəsbkarlarlarının işğalı altında olan torpaqlarımızın azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində böyük igidlik və şücaət göstərərək şəhid olmuş polkovnik-leytenant Baxşəliyev Qəribin, Səidov Ələddinin və Sadıqov Səbuhinin anım günləri qeyd olunmuşdur.
Şəhidlərin əbədiyyətə qovuşduqları gün ilk öncə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkilləri Hikmət Məmmədov və Rasim Musabəyov, Müdafiə Nazirliyinin rəsmi şəxsləri, şəhidlərimizin ailə üzvləri II Fəxri Xiyabanda şəhid Qərib Baxşəliyevin, sonra isə Yasamal qəbiristanlığında dəfn olunmuş şəhid Ələddin Səidovun məzarlarını ziyarət etmişlər. Azərbaycan Respublikasının Milli Hərbi Orkestrinin ifa etdiyi Dövlət Himninin ardından şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Şəhidlərin məzarı önündə çıxış edənlər şəhid ailələrinə başsağlığı vermiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Qərib Baxşəliyevin və Ələddin Səidovun xatirələrinin daima əziz tutulacağını, hər zaman qəlbimizdə əbədi yaşayacaqlarını qeyd etmişlər. Daha sonra digər şəhid olmuş igid Vətən oğullarının da unudulmaz xatirəsi dərin ehtiramla yad edilərək məzarlarına əklil və güllər qoyulmuşdur.
Qeyd edək ki, Vətən Müharibəsi zamanı göstərdikləri şücaət görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək şəhid polkovnik-leytenant Qərib Baxşəliyev “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə”, şəhid Ələddin Səidov “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, şəhid Sadıqov Səbuhi isə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif ediliblər.
Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhidilərimizin anım tədbirləri keçirilmiş, adlarına ehsan verilib, ruhlarına dualar oxunmuşdur.
Anım mərasimlərində şəhidlərin ailə üzvləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.



Şəhid Azad Hümbətovun anım tədbiri keçirilib - FOTOLAR
Nərmanovda “8 noyabr Zəfər Günü” qeyd edildi
Şəhid Əhmədağa İskəndərov anım günündə yad edilib
Vətən müharibəsi şəhidi anım günündə yad edildi
Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyev yad edilib
Vətən müharibəsi şəhidi Sənan Abdullayevin doğum günü qeyd edilib
İcra başçısı şəhidlərin dəfnində iştirak edib
Şəhid Elçin həsənlinin doğum günü qeyd olundu
Şəhid Turqut Xəlilbəylinin doğum günü qeyd olunub
Zərdabda Xocalı faciəsinin anım günü keçirildi
Tovuz döyüşlərində şəhid olan hərbçilərin anım mərasimi keçirildi
Anım Günündə Fəxri Xiyabanda izdiham
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 