I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edən daha bir abituriyent maksimum nəticə göstərib. Belə ki, cavab kartında kodlaşdırma zamanı texniki səhvə yol verən abituriyentin Apellyasiya komissiyasına müraciəti nəzərə alınıb, nəticədə qəbul göstərici 400 bal hesablanıb.
ONN media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə AzEdu.az-a açıqlamasında məlumatı təsdiqləyib:
“Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu sual kitabçasındakı bir tapşırığın düzgün cavabını cavab kartına kodlaşdırarkən texniki səhvə yol verib. Həmin abituriyent tapşırığın düzgün cavabını (40) müvafiq xanalara yazdıqdan sonra, həmin xananın altında uyğun rəqəmləri (dörd və sıfır) qaralayarkən “0”-ın altında əlavə olaraq “.” (onluq kəsri göstərən nöqtə) xanasını da qaralayıb. Abituriyent eyni sütunda iki dairə (“0” və “.”) qaraladığı üçün optik oxuyucu qurğu avtomatik olaraq həmin cavabı səhv kimi qeydə alıb. İmtahan nəticələri elan olunduqdan sonra isə abituriyent etdiyi texniki səhvlə bağlı Apellyasiya komissiyasına müraciət edib və səhvinin nəzərə alınmasını xahiş edib. Komissiya üzvləri abituriyentin müraciətinə baxıb və onun əvvəlcədən hər hansı aldadıcı niyyətinin olmadığı, həmçinin həmin xanalarda əlavə nəsə yazıb-pozma, düzəliş və s. kimi qeydlərin edilmədiyi və səhvin həll səhvi deyil, kodlaşdırma səhvi olduğu üçün müsbət qərar verib. Beləliklə, həmin abituriyent də I ixtisas qrupu üzrə qəbul imtahanının II mərhələsində maksimal olan 400 bal toplayıb. Bir daha abituriyentlərə cavab kartını doldurarkən diqqətli olmalarını tövsiyə edirik”



Qəbul imtahanında maksimum nəticə göstərən yeganə abituriyent
Bu imtahanların nəticələri dəyişdirilib?- DİM
I və IV qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı
Bu qız Azərbaycanda yeganə şəxsdir ki…
Qəbul imtahanından az bal toplayan abituriyentlərə ŞAD XƏBƏR
İmtahan nəticələri AÇIQLANDI
Bu abituriyentlər imtahan verməyəcəklər- DİQQƏT
DİQQƏT - Nəticələr açıqlandı
İmtahanların nəticələri açıqlandı
Bu qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı
Bu qrup üzrə imtahan nəticələri elan olundu
DİQQƏT- Qəbul imtahanının nəticəsi açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 