Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. ONN media xəbər verir ki, imtahanda III ixtisas qrupu üzrə bir abituriyent Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu Zülfiyeva Səbinə Novruz qızı ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb. Maksimum bal toplayan abituriyent Oxu.Az-a danışıb. O, bakalavr təhsilini Azərbaycanda alacağını deyib: "Buraxılış imtahanında 270 bal toplamışam. Hüquq fakültəsini seçəcəyəm. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ya Bakı Dövlət Universitetində təhsil alacağam. Magistratura təhsilimi isə xaricdə davam etdirəcəyəm”. Səbinə Zülfiyeva qeyd edib ki, ona ən böyük dəstəyi anası göstərib: "Müəllimimin mənim üzərimdə rolu böyükdür. İngilis dili və tarix fənnindən dərs deyən müəllimlərim məni universitetə təmənnassız hazırlaşdırıblar. Onlara, məktəb direktoruna, xüsusilə anama təşəkkür edirəm. Hər biri mənə dəstək olublar”. Xatırladaq ki, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarında 28 291 abituriyent iştirak edib.
Bu qız Azərbaycanda yeganə şəxsdir ki…



Onlar imtahanlarda maksimum bal toplayıblar - VİDEO
İmtahan nəticələri AÇIQLANDI
İmtahanların nəticələri açıqlandı
Bu şəxslərin NƏZƏRİNƏ - Nəticələr açıqlandı
Rus bölməsinin abituriyentləri üçün MÜHÜM QƏRAR
DİQQƏT: Cavablar açıqlandı
Daha bir abiturient imtahanda maksimum nəticə göstərdi
DİQQƏT - Nəticələr açıqlandı
Ali məktəblərə QƏBULLA bağlı DƏYİŞİKLİK
Qəbul imtahanında maksimum nəticə göstərən yeganə abituriyent
DİQQƏT: İmtahan nəticələri AÇIQLANDI
Kolleclərə qəbul olmaq istəyənlər üçün vacib xəbər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 