Sabah zəvvarların bir hissəsi Minaya tərviyəyə, bir hissəsi isə Ərəfat çölünə çıxacaq”.
ONN media xəbər verir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, iyulun 8-i, Zilhiccə ayının 9-da zəvvarlar Ərəfat çölündə olacaqlar və böyük Həccin ayinlərinə başlanılacaq:
“Ayinlər Zöhr azanından Şam azanına qədər davam edəcək. Şam azanından sonra zəvvarlar Müzdələfə çölünə gedirlər və ibadət edirlər. İyulun 8-dən 9-na keçən gecə, yəni Zilhiccə ayının 9-dan 10-na keçən gecə zəvvarlar Ərəfatdan Müzdələfəyə doğru hərəkət edirlər. Zəvvarlar orada ibadət edirlər. Səhər gün çıxan kimi Minaya doğru gedirlər, orada çadır şəhərciyində əşyalarını qoyurlar. Oradan əqəbəni (böyük şeytanı) daşlamağa gedirlər və əqəbədə 7 daş atırlar. Daha sonra zəvvarlar qurbangaha gedərək qurbanlarını kəsirlər. Sonra çadır şəhərciyinə geri dönən zəvvarlar saçlarını kəsdirməklə böyük Həccin ayinlərini yerinə yetirmiş olurlar, yəni artıq Hacı olurlar. Zilhiccə ayının 11-12-ci günlərində zəvvarlar kiçik, orta, böyük şeytanlara 7 daş atırlar. Ayinləri bitirdikdən, 3 gün çöldə qaldıqdan sonra Məkkədə Həcc təvafını, sonra isə Nisə və ya Vida təvafını həyata keçirməklə Həcc ayinləri bitmiş olur”.
Vüsal Cahangiri eyni zamanda zəvvarların səhhəti ilə bağlı da məlumat verib:
“Zəvvarlarımızın səhhətində heç bir problem yoxdur. Sadəcə hər Həcc ziyarətində bəzi zəvvarlarda müəyyən qədər soyuqdəymə əlamətləri ola bilər. Havanın temperaturu 40 dərəcədir, bu isə bura üçün münasib temperaturdur. Əvvəlki illərdən fərqli olaraq hərdən zəif meh də əsir”.
Qeyd edək ki, pandemiyadan sonra bu il ilk dəfə 680 zəvvar Azərbaycandan Həcc ziyarətinə gedib. Həcc ziyarətinə səfər iyunun 29, 30 və iyulun 1, 2-də təşkil olunub. Zəvvarlar iyulun 19-20-də ölkəyə geri dönəcəklər.


Zəvvarlar Vətənə qayıdır
Azərbaycanlı zəvvarların Həccdən qayıdacağı tarix açıqlandı
Məkkədə azərbaycanlı zəvvarlar xəsarət alıblar - AÇIQLAMA
Azərbaycanlı zəvvarlar həcc ziyarətini başa vurublar
Həccə getmək istəyən şəxslər aldadıldı
Səudiyyə Ərəbistanı Həcc ziyarətinə icazə verdi
Həcc ziyarəti üçün ilk uçuş bu tarixdə olacaq
Səudiyyə Ərəbistanı zəvvarlar üçün elektron viza tətbiq edir
Bu il Həcc ziyarətinə bu şəxslər gedə biləcək
Həcc ziyarətinin şok qiymətləri - QMİ SƏBƏBLƏRİ açıqladı
Zəvvarların son durumu açıqlandı
Məbəddən qayıdan zəvvarlar qəzaya düşdü - 11 ÖLÜ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 