Təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas mərhələsinə start verilir. Bu mərhələ 14-22 iyul tarixlərini əhatə edəcək. İmtahanlar 7 gün ərzində 15 mərkəzdə keçiriləcək, hər bina sərinləşdirici avadanlıq və vasitələrlə təmin olunacaq.
ONN media xəbər verir ki, builki MİQ imtahanlarında bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulub.
Belə ki, cari tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin regionlarda təşkili planlaşdırılır. 56 min şəxsin müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı təmin olunacaq. MİQ-də iştirak üçün müraciət edən 4000 nəfərə isə imtina cavabı göndərilib.
İmtahan müddətini hər fənn üzrə 90 dəqiqədən 120 dəqiqəyədək artırılıb.
Müəllimlərin işə qəbulu imtahanları başa çatdıqdan sonra ayrı-ayrı fənlər üzrə nəticələrdən asılı olaraq keçid balları müəyyənləşdiriləcək.
Müəllimlərin işə qəbulu üzrə test imtahanında səhv cavablandırılmış suallar düzgün cavabların dörddə bir hissəsinə təsir edəcək.
"Namizəd ixtisas sualına səhv cavab verirsə, bu, həmin ixtisasdan olan sualın və ya ümumilikdə düz cavablandırılan sualın 0.5 balını aparacaq. Metodikadan səhv cavablandırılan sual isə nəticəni 0.25 bal azaldacaq", - Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
Vakant yerlərin müəyyən edilməsi ilə yerli idarəetmə orqanları məşğul olacaq. Ümumitəhsil məktəblərində 3 ildən az müddətdə çalışan namizədlər MİQ müsabiqəsində yerdəyişmə məqsədilə iştirak edə bilməyəcəklər.
İmtahanda iştirak edəcək şəxslərdən COVID pasportu tələb olunmayacaq, tibbi maskadan istifadə isə məcburi deyil.
Bundan əlavə, qeyd edək ki, namizədlər şəxsi səhifəsində göstərilən son qeydiyyat saatından sonra imtahan zalına buraxılmayacaq.



Müəllimlərin nəzərinə: bu tarixdən sənəd qəbulu başlayır
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
Müəllim olmaq istəyənlərin DİQQƏTİNƏ
Müəllimlərin işə qəbulu imtahanları başlayır
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
DİQQƏT- MİQ üzrə imtahan nəticələri açıqlandı
Müəllimlərin işə qəbulu müsabiqəsinin vaxtı bilindi
Müəllimlərin işə qəbulunda tətbiq olunacaq yeniliklər AÇIQLANDI
Müəllimlərin NƏZƏRİNƏ!
MİQ müsabiqəsinin test imtahanı mərhələsi başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 