Bu gün "Qarabağ" komandası Çempionlar Liqasında növbəti matçına çıxıb. Xəbər verilir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Moldovanın "Şerif" kollektivinin qonağı olub. Tiraspolda baş tutan görüş Qurban Qurbanovun baş məşqçisi olduğu komanda üçün tarixi əhəmiyyət daşıyırdı. Bakıda keçirilən ilk qarşılaşmada rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" səfərdə lazımı nəticəni təmin edəcəyi halda qitənin ən nüfuzlu klub turnirində "play-off" mərhələsinə vəsiqə qazanacaq ilk Azərbaycan klubu olacaqdı. Ölkə çempionu bunu bacaracağı təqdirdə, paralel olaraq son üç mövsümdə iştirakçısı olduğu Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcəkdi. "Qarabağ" səfərdə 2:0 hesablı qələbə qazanaraq Azərbaycan futbolu tarixinə düşüb. Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunu 1 avqust 21:00. “Şerif” (Moldova) - “Qarabağ” (Azərbaycan) 1:2 Badibanqa, 90+4 - Ndlovu, 45+3. Miçel, 85. Baş hakim: Roy Reynşreyber Yan xətt hakimləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail) UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya) Hakim-inspektor: Paulius Malzinskas (Litva) Tiraspol. “Şerif” stadionu İlk oyun – 0:0
"Qarabağ"dan tarixi qələbə. Azərbaycan klubu pley-offda



"Qarabağ" bu gün cavab oyununa çıxacaq
Bakıda beş il sonra ÇL himni səsləndiriləcək
“Qarabağ” bu gün Çempionlar Liqasına davam edə biləcək?
"Qarabağ"dan möhtəşəm qələbə
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli oldu
"Qarabağ" və "Ferentsvaroş" oyunu başladı
Çempionlar Liqasında oyunların son nəticələri
Çempionlar Liqasında son durum necədir?
"Qarabağ" - "Sileks" matçının vaxtı bəlli oldu
ÇL: “Qarabağ” bu mərhələni adlasa nə qədər qazanacaq?
"Zirə" Moldova klubu ilə cavab matçına çıxacaq
"Qarabağ" bu qələbədən nə qədər qazandı?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 