Qarpızı həddindən artıq yemək mədə-bağırsaq traktında və maddələr mübadiləsində problemlərə səbəb ola bilər.
ONN media xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentinin nümayəndəsi Viktoriya Yeqorova məlumat verib.
Onun sözlərinə görə, qarpız yüksək qlisemik indeksə malikdir, bu səbəbdən gündə 500 qramdan çox yemək olmaz.
Həkim həmçinin mədə-bağırsaq traktının xəstəlikləri, böyrək daşları olduqda, şəkərli diabet və fərdi dözümsüzlük zamanı qarpızın qida rasionuna ümumiyyətlə daxil edilməməsi və ya ehtiyatla istifadəsi barədə xəbərdarlıq edib.
“Bundan başqa, qarpızı bir yaşa qədər körpəyə vermək tövsiyə edilmir, üç yaşa qədər uşaqlara isə ehtiyatla -gündə 50-80 qramdan çox olmamaq şərtilə vermək olar”, - deyə Yeqorova əlavə edib.
Mütəxəssis qeyd edib ki, qarpız qəlyanaltı və ya desert ola bilər, ancaq sidikqovucu təsirə malik olduğu üçün gecələr istehlak etmək məsləhət deyil.
Bununla belə qeyd edək ki, qarpızın faydalı xüsusiyyətləri də az deyil.
“A”, “C”, “B” vitaminləri, maqnezium, beta-karotinlərlə zəngin qarpız ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir, yüksək qan təzyiqini aşağı salır.
Bundan başqa bu giləmeyvə osteoartrid, revmatoidli artrid və astma xəstəliklərinin bəzi simptomlarını zəiflədir. Həkim qarpızdan gün ərzində qeyd olunan miqdarı nəzərə alaraq istifadə edilməsini məsləhət görür



Qarpız tumlarını udmaq olmaz, əks halda...
Böyrəkləri xəstə olanlara qarpız yemək faydalıdır yoxsa ziyanlı?
Qarpız alarkən nəyə diqqət etməli? – Ehtiyatlı olun!
Şirin qarpızı necə seçməli?
Bir gündə nə qədər qarpız yemək olar?
Qarpızın inanılmaz faydası- VİDEO
Alimlərdən xəbərdarlıq - Qarpızı bu cür yeməyin
Şirin qarpızı necə seçmək olar? - 7 MƏSLƏHƏT
Qarpızın az bilinən 6 FAYDASI
Qarpızı soyuducuda saxlamaq olarmı? - Zərərləri açıqlandı
Zəhərlənməmək üçün bunlara DİQQƏT edin!
Zəhərli qarpızı necə tanımaq olar?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 