Yay mövsümünün vazkeçilməzi olan qarpız sağlamlıq baxımından insan orqanizminə olduqca faydalı bitkidir. Lakin qarpız seçərkən bir neçə məqama diqqət yetirmək lazımdır. Çünki gözlənilməz şəkildə zəhərlənmə və buna bənzər problemlər ortaya çıxa bilər. ONN media Publika.az -a istinadən xəbər verir ki, zəhərli qarpız ciddi sağlamlıq problemləri yaradır. C vitamini və antioksidantla zəngin olan qarpızı alarkən seçici olmaq lazımdır. Qarpızın yetişdirilməsində azotlu gübrələrdən yanlış istifadə etmək meyvədəki nitrat səviyyəsini yüksəldə bilər. Həddən artıq nitrat qəbulu isə bədəndə zərərli maddə kimi yığıla və qanı zəhərləyə bilər.
Zəhərlənmə Əgər qarpız yedikdən ən az 2 saat sonra bu simptomlar üzə çıxmağa başlasa, həkimə müraciət etmək lazımdır: - Ürəkbulanma - Qusma, şiddətli izhal - Başgicəllənmə, baş ağrısı - Mədədə sancı - Temperaturun qalxması Zəhərli qarpızı necə tanımaq olar? 1.Qarpızı kəsmədən almayın. Əgər qabığının iç qismi sarı rəngdədirsə, almamalısınız. Qabıq qisminin ağ olması lazımdır. 2. Bəzi insanlar qarpızın içindəki dəliklərin böcək izləri olduğunu düşünür. Lakin bu, iynələrin də yeri ola bilər. Buna görə də dəlik olan qarpızlardan uzaq durun. Ətli qismi yaxşı olsa belə, dəlikdən sonra qarpız xarab ola bilər. 3. Qarpızı kəsdikdən sonra ortaya çıxan nəhəng boşluq əslində qarpızda həddən artıq hormonun olmasının göstəricisidir. 4. Qarpızdakı nitrat səviyyəsini ölçmək üçün onu suyun içinə atın. Su bir müddət sonra rəngini dəyişərək parlaq və çəhrayı olsa, aldığınız qarpız təhlükəlidir deməkdir. 5. Bəzən daha qənaətcil davranmaq üçün yüngül qarpız seçmək istəyirik. Lakin qarpızın yetişmiş olması onun ağırlığıdan bəlli olur. Yaxşı qarpız necə olur? Qarpızın üzərindəki sarı ləkələr nə qədər tünddürsə, qarpız o qədər ləzzətlidir deməkdir. Qarpızdakı hörümçək toruna bənzəyən yerlər arıların qarpız çiçəklərini mayalandırarkən toxunduğu yerlərə işarədir. Buna görə də ləkələrin çox olduğu qarpız dadlı və təbiidir. Qarpız sapının quru olması onun yetişmiş olmasının göstəricilərindəndir. Sapı sarı olan qarpız tarladan yeni çıxandır. Qarpız seçərkən nə çox böyük, nə də çox balacasını seçmək doğrudur. Orta ölçüdə olması kifayətdir. Uzun qarpızların sulu, yumru qarpızların şirin olduğunu unutmayın.Zəhərli qarpızı necə tanımaq olar?



Şirin qarpızı necə seçmək olar? - 7 MƏSLƏHƏT
Şirin qarpızı necə seçməli?
Qarpız alarkən nəyə diqqət etməli? – Ehtiyatlı olun!
Zəhərlənməmək üçün bunlara DİQQƏT edin!
Alimlərdən xəbərdarlıq - Qarpızı bu cür yeməyin
Qarpızı soyuducuda saxlamaq olarmı? - Zərərləri açıqlandı
Qarpızla bağlı bunları mütləq oxuyun
Qarpızın inanılmaz faydası- VİDEO
Qarpızı soyuq yox, ilıq yemək faydalıdır! - Səbəbini oxuyun
Qarpız tumlarını udmaq olmaz, əks halda...
Bir gündə nə qədər qarpız yemək olar?
Çox qarpız yeməyin hansı fəsadları var?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 