Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib.
ONN media xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlamasında vətəndaşlarımız paytaxtın, xüsusilə II Fəxri və Şəhidlər Xiyabanı, eyni zamanda, Dağüstü park istiqamətinə səfərlərin çox olacağını nəzərə almalarını bildirib.
“Bildiyiniz kimi, sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ölkəmizdə hər il qeyd olunur. Şəhidlərimizi dərin minnətdarlıq hissi ilə anırıq!
Vətəndaşlarımızdan xahiş edirik ki, II Şəhidlər Xiyabanı və Dağüstü park istiqamətinə gedərkən əsasən ictimai nəqliyyata üstünlük versinər. Hər iki istiqamət şəhərin mərkəzi küçələridir, parklama imkanları isə məhdud olduğu üçün sıxlığın yaşanması ehtimal olunur.
Xahiş edilir ki, ziyarətçilər əraziyə gedərkən şəxsi minik nəqliyyat vasitələrinə üstünlük verməsinlər. Sürücülər nəzərə alsınlar ki, buraya üz tutan insanların sayı çox olacaq. Əməkdaşlarımız səhərdən axşamadək, yəni ziyarət bitənədək ərazidə, yollarda hərəkətin tənzimləmək üçün lazımi tədbirləri görəcək.
Bir daha xahiş edirik ki, şəxsi avtomobillərə üstünlük verməyin. Ərazi şəxsi avtomobillərlə gəlmək üçün uyğun deyil. Burada nəqliyyat vasitələrini saxlama imkanları azdır. Ziyarətçilərin ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik”, - DYP rəsmisi vurğulayıb.



DYP anım günü ilə bağlı məlumat yaydı
DYP sürücülərə müraciət etdi
DYP bu yollarla bağlı sürücülərə müraciət etdi
Bakıda bu yollar bağlı olacaq- XƏBƏRDARLIQ
Yol polisindən "Formula 1" ilə bağlı sürücülərə MÜRACİƏT
DYP azarkeşlərə müraciət etdi
DYP azarkeşlərə müraciət etdi
DYP bu sürücülərə müraciət etdi
Alternativ yollardan istifadə edin - DYP
Sabah bu yollar bağlı olacaq
DYP bu şəxslərə müraciət etdi
Sabah bu yollar bağlı olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 