Ölkədə ipotekanın inkişaf etdirilməsi hər zaman Bank Respublikanın fəaliyyətinin mühüm istiqamətlərindən biri olub. Hal-hazırda bank ipoteka kreditləşməsi sahəsində aparıcı mövqeyini qoruyub saxlayır və bu istiqaməti fəal inkişaf etdirir.
2018-ci ilin 6 ayının yekunları üzrə Bank 6 mln. manat məbləğində 71 ipoteka krediti verib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 25% çoxdur. Bununla bərabər ipoteka portfeli 22% artaraq 34 mln. manat təşkil edib.
ONN media xəbər verir ki, “Bu göstərici, ipoteka kreditləşməsi prosesində iştirak edən Bankın hər bir işçisinin səmərəli işinin nəticəsidir. İpoteka bank biznesinin pərakəndə seqmentində mühüm istiqamətlərdən biri sayılır. Biz müştərilərin ehtiyaclarını yaxşı bilirik və onları kreditlə ev almaq üçün ən cəlbedici şərtlərlə təmin etməyə hazırıq. İpoteka krediti müştəri ilə bank arasında uzunmüddətli qarşılıqlı əlaqələri nəzərdə tutur, buna görə də müştəriyə tariflər üzrə əlverişli şəraitlə yanaşı yüksək keyfiyyətixidmətin təklif edilməsi xüsusilə vacibdir” – deyə bankın İdarə Heyətinin sədri Asəf Namazov qeyd etdi.
Bank Respublika müştərilərinə əlverişli şərtlərlə ipoteka krediti almaq imkanı verir. Mənzil almaq istəyənlər mənzil qiymətinin ilkin ödənişinin 25% -ni ödədikdə, 150 min manata qədər kredit ala biləcəklər. İpoteka kreditləri 7% -dən başlayan illik faiz dərəcəsi ilə verilir.
Qeyd edək ki, Bank Respublika Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun səlahiyyətli banklarından biridir. İpoteka kreditləri bankın bütün filiallarında verilir.
Bankın ipoteka kreditinin üstünlüklərindən biri də Mobil Şöbə və İnternet Şöbə xidmətlərindən pulsuz istifadədir. Bu xidmətlər sayəsində asanlıqla və banka gəlmədən ipoteka kreditini ödəyə bilərsiniz. Avtomatik ödəniş xidməti eyni zamanda ödəmənin hər ay xatırlanması zərurətini aradan qaldıracaq, lakin ödəmənin təyin edilmiş məbləğə və ödəniş tarixinə uyğun olaraq avtomatik olaraq ödənilməsini təmin edəcəkdir.



Kapital Bank daxili ipoteka kreditinin faizini endirdi!
İpoteka krediti üzrə orta aylıq ödəniş nə qədərdir?
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
İpoteka faizləri aşağı salınmalı və şərtlər yumşaldılmalıdır - Deputatdan TƏKLİF
İpoteka şərtləri sadələşdirilib?- Rəsmi
Xalq artisti Zülfiyyə Xanbabayeva məhkəməyə verildi
"Unibank"ın verdiyi ipoteka kreditlərinin həcmi 45% artıb
Verilən ipoteka kreditlərinin məbləği acıqlandı
İpoteka kreditləri sadələşdirilir
Evi olmayanlara ŞAD XƏBƏR - İlham Əliyev fərman imzaladı
Azərbaycanda ipoteka ilə bağlı dəyişikliklər təsdiqlənib
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 