Azərbaycanın yeniyetmə və gənclər arasında Avropa çempionu, yunan-Roma güləşçisi Zaur Əliyev dopinqə görə cəzalandırılıb.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi qərar qəbul edib.
Əliyev iki antidopinq qayda pozuntusuna yol verib.
“İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu” və “İdmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi” qayda pozuntularına görə güləşçi dörd illik cəzalandırılıb.
Stimullaşdırıcı maddələr olan metamfetamin və amfetamindən istifadə və ya ona cəhdə görə ona 26 yanvardan hesablanmağa başlayan sanksiya verilib. Cəza müddəti 2026-cı ilin yanvarın 26-da başa çatacaq.
Həmçinin, apreldə keçirilmiş U-20 Azərbaycan çempionatının gümüş medalçısı, sərbəst güləşçi İsmayıl Cabbarlı (97 kq) da dopinqdən istifadəyə görə iki illik cəzalandırılıb. Onun cəzası 25 apreldən hesablanmağa başlayıb.
Qeyd edək ki, Zaur Əliyev U-17 və U-23-lər arasında Avropa çempionu olub, dörd dəfə aşağı yaşlılar arasında dünya çempionatlarının mükafatlarını qazanıb.



Azərbaycan idmançıları SƏRT CƏZALANDIRILDI
Azərbaycanın 4 idmançısı dopinqdən istifadəyə görə CƏZALANDIRILDI
Güləşçimiz məğlub oldu
Bu qida əlavələrində zərərli maddə var
Güləşçilərimizdən BÖYÜK UĞUR
Azərbaycanlı idmançının başına iş gəlib
Hacı Əliyev baş-leytenant oldu
Daha bir güləşçimiz DÇ-də ermənini məğlub etdi
Azərbaycanın bu idmançıları dopinqə görə CƏZA ALDI
Qadın güləşçimizdən BÖYÜK UĞUR
Hacı Əliyev FİNALDA
İdmançımız Avropada ermənini belə diz çökdürdü - FOTO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 