Azərbaycanın daha 4 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb. ONN media bildirir ki, bunlar güləşçilər Əli Əminzadə ilə Azərşakib Məhəmməd, güllə atıcısı Jalə Bayramova və ağırlıqqaldıran Vasif Səforovdur. Bütün idmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Orqanizmində ekzogen, dehidroxlorometil-testosteron metaboliti tapılan Əminzadə 4 illik cəzaya məruz qalıb. Onun cəzası 2018-ci il martın 28-dən hesablanır. Digər güləşçi Azərşakib Məhəmməd isə metenolon metaboliti maddəsinə görə eyni müddətə diskvalifikasiyaya olunub. Sanksiyanın başlama tarixi 2019-cu il iyulun 1-dən hesablanır. Ağırlıq qaldıran Vasif Səforovun da cəzası 4 illikdir. Ekzogen əsilli “5aAdiol” və “5bAdiol” maddəsinə görə günahlandırılan idmançının cəza müddəti 2019-cu il aprelin 9-da başlayıb. Nəhayət, güllə atıcısı Jalə Bayramova isə 2 illik cəza ilə üzləşib. Atimulyantlar/amfetamindən maddəsi aşkarlanan idmançının sankiyası 2021-ci il avqustun 9-da başa çatacaq. Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 49 idmançıya sanksiya tətbiq edib.
Azərbaycanın 4 idmançısı dopinqdən istifadəyə görə CƏZALANDIRILDI



Azərbaycan idmançıları SƏRT CƏZALANDIRILDI
Avropa çempionumuz buna görə cəzalandırıldı
Azərbaycanda nə qədər elektron qolbaq daşıyan məhkum var?
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik qüvvəyə minib
Bakıdakı metro terroruna görə ömürlük cəza alan şəxs əfv edildi
ABŞ-da polisə güllə atanlara edam cəzası veriləcək — Tramp SÖZ VERDİ
Prezident Vasif Talıbova “Şərəf” ordenini təqdim etdi
Prezident Vasif Talıbovla görüşdü
Təxribata əl atan erməni CƏZA ALDI
Millimiz Tokio-2020-yə daha bir lisenziya qazandı
Salahı təhqir edənlərə AĞIR CƏZA
Kurtlar Vadisinin aktyoruna cəza verildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 