Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
ONN media xəbər verir ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı "Abituriyent" jurnalının 6-cı sayında dərc olunacaq. Abituriyentlər jurnalı sabah günün ikinci yarısından etibarən əldə edə biləcəklər.
Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 2 sentyabr saat 12:00-dan 12 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinin müsabiqəsində 66724 nəfər iştirak edib. Onlardan 48841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.



DİQQƏT- Nəticələr açıqlandı
DİQQƏT- Boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
DİQQƏT- Nəticələr elan olundu
DİQQƏT- Nəticələr elan olundu
Kolleclərə qəbul üçün müsabiqənin nəticələri elan olundu
Diqqət- Nəticələr açıqlandı
DİM nəticələri elan etdi
Magistrantların NƏZƏRİNƏ
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
Diqqət- Nəticələr açıqlandı
DİQQƏT - Nəticələr açıqlandı
DİM rezidenturaya qəbulun nəticələrini açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 