Bu il dünya şöhrətli türkiyəli yazıçı Orxan Pamukun 70 yaşı tamam olur.
ONN media Orxan Pamuk haqda 7 faktı təqdim edir.
- Yazıçı türk dünyasının ədəbiyyat nümayəndələri arasında Nobel mükafatına layiq görülmüş ilk və yeganə şəxsdir.
- 2006-cı ildə “Taym” jurnalının keçirdiyi sorğuda Orxan Pamuk dünyanın 100 ən görkəmli şəxsiyyəti sırasına daxil olub.
- Yazıçının Şərq və Qərb ruhunu özündə əks etdirən XVI əsr İstanbulunun bitib-tükənməz sirlərindən söz açan “Mənim adım qırmızı” romanına görə o, dünya ədəbiyyatının tanınan simalarından birinə çevrilib. Əsər bir il ərzində 24 dilə tərcümə olunub.
- Orxan Pamuk Azərbaycan Yazıçılarının XI Qurultayında (2004-cü il) iştirak edib və AYB-nin fəxri üzvü seçilib. O günü xatırlayan yazıçı belə deyir:
“Zala daxil olanda 300-400 nəfər var və hamısı şair, yazıçı idi. Maraqlıdır ki, 2004-cü ildə yazıçılarınız məni “Nobel alacaq ilk türk” deyə təqdim edib, alqışladılar. O zamanlar hələ “Nobel” alacağıma dair güclü ehtimal yox idi. Mən iki il sonra o alqışların haqqını verdim”.
- 2003-cü ildə çap olunan “İstanbul: xatirələr və şəhər” romanı onun 23 yaşına kimi həyatı barədə yazdığı xatirə kitabıdır.
- Orxan Pamuk 2012-ci ildə “Məsumiyyət muzeyi” adlı romanının sonluğundan ilhamlanaraq muzey açır. Məkan 2014-cü ildə Avropa Muzeylər Fondu tərəfindən Avropanın ən mükəmməl muzeyi olaraq seçilir.
- Sənət həyatına rəsm çəkməklə başlasa da, 22 yaşından sonra yazıçı olmağa qərar verir.



Orhan Pamuk evləndi
Ədəbiyyat üzrə Nobel mükafatı ONA VERİLDİ
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib
Melisanın yeni layihəsi
Nobel Mükafatına layiq olmayan elm adamları
Afrikada məşhur azərbaycanlı jurnalist öldürüldü
Məşhur yazıçı vəfat etdi
Şeyx Nobel mükafatına namizəd oldu
Fizika üzrə Nobel laureatı öldü
"Nobel" üçün Azərbaycandan olan müraciətlərin sayı açıqlandı
Məşhur yazıçı xəstəxanaya yerləşdirildi
Orxan Fikrətoğluya yüksək vəzifə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 