Səda TV internet kanalının rəhbəri həbs edilib.
ONN media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Baş Prokurorluğun İstintaq idarəsində Əvəz Zeynalov və Elçin Sadıqovun təqsirləndirilmələrinə dair cinayət işi üzrə aparılan istintaq gedişində “Səda TV” MMC-nin direktor müavini olmaqla eyniadlı internet kanalının faktiki rəhbəri Elnur Şükürovun qanunsuz əməlləri ifşa edilib.
İstintaqla Elnur Şükürovun Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 ha torpaq sahəsinin və 168 m2 tikilinin özəlləşdirilməsi ilə bağlı zəruri sənədin əldə edilməsi müqabilində daşınmaz əmlakın alqı-satqısında vasitəçi xidməti göstərən Salman Nəsrullayevdən 50 min manat pul alaraq “Səda TV” internet kanalının imkanlarından istifadə etməklə tələb olunan arayışın verilməsinə dair müvafiq qərarın qəbuluna qanunsuz təsir göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Göstərilənlərə əsasən, sentyabrın 14-də Elnur Şükürov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.



Bakıda vəzifəli şəxslərə cinayət işi açıldı
Azərbaycanda vəzifəli şəxsə CİNAYƏT İŞİ AÇILDI
Nazirliyin vəzifəli şəxsi həbs edildi - SƏBƏB?
Təbiətə 158 min manatdan çox ziyan vuran şəxslərə cinayət işi açıldı
BNA-nın vəzifəli şəxsləri həbs olundu
Azərbaycanda MTK rəhbəri həbs edildi
Bakıda vəzifəli şəxsin şok əməlləri - 54 milyon manatı...
Saxta elmi ad satan vəzifəli şəxs SAXLANILDI
MN-də vəzifəli şəxs həbs olundu
Bakıda bələdiyyə sədri həbs edildi
Sayt rəhbəri və redaktorun işi məhkəməyə göndərildi
Azərbaycanda 2 generalın həbs edilməsinin SƏBƏBİ MƏLUM OLDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 