Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına radikal erməni qrup üzvlərinin hücum etməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə ONN media-ya Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 18-də bir çox yerli və xarici media resurslarında Azərbaycan Respublikasının Fransadakı səfirliyinin inzibati binasına bir neçə radikal erməni qrup üzvünün zorla daxil olmağa cəhd etmələrini əks etdirən videogörüntülər yayılmışdır.
Qeyd edilən faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək və müharibəyə təhrikçilik məqsədi ilə “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın tələblərinə zidd olaraq 18 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Fransadakı səfirliyinin inzibati binasına zorla daxil olmağa cəhd etmələrinə, əllərindəki silah qismində istifadə etdikləri əşyalarla inzibati binaya və ətraf əraziyə maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.2, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilmişdir.
Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.



Səfirliyimizə hücum edənlərin aqibəti necə oldu?
Londondakı səfirliyimizə hücum edildi - Dini bayraqlar asıldı
Azərbaycan Fransaya nota verdi
Azərbaycan XİN Fransaya nota verdi
Konsulluğun binasına hücumla bağlı XİN-dən AÇIQLAMA
Səfirliyimizə hücum edən şəxsin aqibəti necə oldu?
XİN rəsmi məlumat yaydı
Ermənilərin hücumu ilə bağlı bəyanat
Səfirliyimizə hücum edildi: XİN-dən açıqlama
Bayrağımız Londondakı səfirlikdə yenidən dalğalanır
Azərbaycan Fransadan təzminat tələb edir
Çavuşoğlu Azərbaycana belə dəstək oldu
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 