Azərbaycan Fransa hökumətindən təzminat tələb edir.
ONN media xəbər verir ki, bu barədə rəsmi Bakının oktyabrın 1-də Azərbaycanın Fransadakı səfirliyinə qarşı bir qrup radikal erməninin törətdiyi növbəti vandalizm aktı ilə bağlı Parisə ünvanladığı etiraz notasında öz əksini tapıb.
Sənəddə qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib.
Eyni zamanda Fransanın səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib.



Azərbaycan XİN Fransaya nota verdi
Azərbaycan Fransaya nota verdi
XİN ermənilərin xaricdə törətdiyi təxribatlarla bağlı bəyanat yaydı
Bu durum ciddi narahatlıq doğurur- XİN
Bakı iki fransız diplomatı qovdu - Rəsmi
Prezident diplomatik nümayəndəliklərlə bağlı fərmanı LƏĞV ETDİ
Londondakı səfirliyimizə hücum edildi - Dini bayraqlar asıldı
SON DƏQİQƏ: Səfirliyimizin avtomobili atəşə tutuldu
Ermənilərin hücumu ilə bağlı bəyanat
İran səfiri XİN-ə çağırıldı
XİN rəsmi məlumat yaydı
Özbəkistan Azərbaycana belə dəstək oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 