Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa çıxarılan 815 mənzilin seçim prosesi başladı.
ONN media xəbər verir ki, prosesin başlamasını Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin mənzil satışına dair Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkil etdiyi brifinqdə qurumun aparat rəhbəri Fərman Qurbanlı elan edib.
Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzil çıxarılıb.
“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Studio tipli mənzillərin qiyməti – 33 222 manatdan,
1 otaqlı mənzillərin qiyməti – 33 222 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 53 732 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 68 904 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 91 295 manatdan başlayır.
Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 % endirim əldə edəcək.



Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Sentyabrın 10-dan-19-dək... — Müddət AÇIQLANDI
Daha 503 güzəştli mənzil satışa çıxarılır
Daha 503 güzəştli mənzil satıldı
Bu seçki məntəqələrinin nəticələri ləğv edilib
MSK bu məntəqələrdə seçkilərin nəticələrini LƏĞV ETDİ
Növbəti güzəştli mənzil satışının TARİXİ AÇIQLANDI
Avtobuslar yenilənmiş sxem üzrə hərəkət etməyə başlayıb
Evsizlərə ŞAD XƏBƏR: Aylıq ödənişi 138 manatdan başlayan mənzillər satışa çıxarılır
Gömrük Komitəsinin yeni binası belə olacaq - FOTO
İlham Əliyevin 100% səs aldığı məntəqələr - Siyahı
Evi olmayanlara ŞAD XƏBƏR: yeni güzəştli mənzillər satışa çıxarılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 