Bu gündən 125 saylı marşrut xətti üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət etməyə başlayıb.
ONN media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Xatırladaq ki, 125 saylı marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.Bu marşrut üzrə avtobuslar “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə gedərkən 20-ci sahədəki dairədən geri qayıdaraq yeni salınan yoldan “Bibiheybət yolu”na çıxmaqla (“Jurnalistlər binası”nın qarşısındakı yol) müəyyən edilən xətt üzrə hərəkətinə davam edəcək.
Dəyişiklik nəticəsində, “Bibiheybət yolu” ətrafında çoxsaylı yaşayış binalarının sakinlərinin, Bakı Ali Neft məktəbinin kampusunun müəllim və tələbə heyətinin, eləcə də həmin ərazidə olan iaşə obyektlərindən istifadə edən əhalinin müntəzəm marşrut xətti ilə “28 May” metrostansiyası – “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirilməsi təmin ediləcək. Dəyişiklik edilməsi haqqında qərar “Bibiheybət yolu” (“Jurnalistlərin binası”) ətrafında məskunlaşan sakinlərdən Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı müraciətlər əsasında aparılan təhlillərə uyğun olaraq qəbul edilib. Belə ki, Su İdman Sarayından “Bibiheybət yolu” (“Jurnalistlərin binası”) ilə Bibiheybət məscidinə qədər marşrutun olmaması ərazidə məskunlaşan sakinlərin yaxınlıqdakı dayanacağa piyada gedişində çətinliklər yaradır. Belə ki, 20-ci sahədəki dayanacaqdan “Bibiheybət yolu” ətrafındakı yaşayış binalarına (Jurnalistlərin binası) qədər piyada gediş məsafəsi 840 m təşkil edir",- deyə məlumatda qeyd olunur.



3 marşrutun hərəkət istiqaməti dəyişir - Sərnişinlərin NƏZƏRİNƏ!
Bu marşrutların yolu dəyişdi
Bu avtobusların hərəkət sxemində dəyişiklik edildi
İki marşrutun xətti dəyişdirildi
Bu avtobusların hərəkətində dəyişiklik edildi
6 nömrəli marşrutda avtobusların hərəkət sxemi dəyişdi
Bakıda 17 marşrut xəttinin yolu dəyişdiriləcək - SİYAHI
Bakıda yeni marşrut xətti açılır
BNA-da DƏYİŞİKLİK
Bu marşrut xətti üzrə BakuBus avtobusları işləyəcək
Bakıda yeni marşrut xətti açıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 