Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) İdarə Heyətinin sədrinə iki yeni müavin təyin edilib.
Qurumdan ONN media-ya verilən məlumata görə, ASCO-nun Hüquq departamentinin rəisi Zaur Nağıyev və Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyevə sədr müavinləri vəzifəsi həvalə olunub.
Qeyd edək ki, Z. Nağıyev 10 noyabr 1982-ci ildə anadan olub. 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Hüquq departamentinin rəisi vəzifəsində çalışmaqla bərabər, ADA Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət Dəniz Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Z. Nağıyev Prezident tərəfindən “Tərəqqi” medalına layiq görülüb.
T. Mirzəyev 1986-cı ildə anadan olub. 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Strateji inkişaf və investisiya layihələri departamentində aparıcı iqtisadçı, daha sonra departement rəisinin müavini və departament rəisi kimi fəaliyyətini davam etdirib. 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.



Fərhad Quliyev İdarə rəisi təyin olundu
Prezidentdən SƏRƏNCAM - Samir Şərifova yeni vəzifə verildi
AİH-nin idarəetməsinə ilk mərhələdə 4 dövlət müəssisəsi veriləcək
Vətən müharibəsi iştirakçısı vəfat etdi
Nazirlər Kabineti bu müddəanı LƏĞV ETDİ
Xəzərdə tanker partlayıb? - ASCO-dan AÇIQLAMA
ASCO gəmilərə xəbərdarlıq etdi
Daha bir qurum imtahanları təxirə saldı
ASCO-nun Müşahidə Şurasında dəyişiklik oldu
Prezident ona YÜKSƏK VƏZİFƏ verdi
Azərbaycanda kapitan gəmidə qadını zorlamaq istədi
Azərbaycanın dövlət şirkətinin 6 rəhbərinə 464 min manat - MAAŞ ÖDƏNİLİB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 