“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə Konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlayıb. Hesabatlarda Baş rəhbərliyə ödənişlər barədə də məlumatlar verilib. Qeyd edilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbərliyinə Cəmiyyətin sədri və beş müavini daxildir. Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əməkhaqqı cədvəlinə uyğun olaraq əməkhaqqı və mükafatlarla təmin edilir. 2018-ci il ərzində baş rəhbərliyə cəmi ödənişlər 464 min manat təşkil edib. Bu, 2017-ci illə müqayisədə 131 min manat və ya 39% çoxdur. 2017-ci ildə baş rəhbərliyə cəmi ödənişlər 333 min manat təşkil etmişdir. Orta hesabla hər ay rəhbərliyə 38 min 667 manat, hər bir rəhbərə isə 6 min 444 manat əmək haqqı və mükafat ödənilib. Ümumiyyətlə, 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 406 milyon 949 min manat cəmi xərclərinin 140 milyon 635 min manatını əməkhaqqı, maaş və sosial müdafiə xərcləri təşkil edib.(fed.az)
Azərbaycanın dövlət şirkətinin 6 rəhbərinə 464 min manat - MAAŞ ÖDƏNİLİB



Bakıda 200 min maaş alan şirkət rəhbəri kimdir?
Azərbaycanda bu şəxslərin maaşı artırılıb - SİYAHI
Məvaciblər artıb - RƏSMİ
ŞAD XƏBƏR: Əmək haqqı yenidən artacaq
Azərbaycanda bu şəxslərin maaşı artırıldı
Ölkəmiz 70-dən çox yeni gəmi alacaq
“Azərbaycan Dəmir Yolları”nda 2,2 milyard YIĞILMIŞ ZƏRƏR
Azərbaycanda əhalinin gəlirləri artıb
3 ayda Azərbaycan əhalisinin gəlirləri nə qədər artıb?
Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı – CƏDVƏL
Bu şəxslərin maaşı artırılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 