Əskişəhərdə yaşayan azərbaycanlılar Ermənistanın genişmiqyaslı sərhəd təxribatlarına qarşı etiraz aksiyası keçiriblər.
ONN media xəbər verir ki, aksiya Əskişəhər Azərbaycanlıları Dərnəyinin təşəbbüsü ilə şəhərin mərkəzindəki “Ulus Anıtı” meydanında keçirilib.
Azərbaycan və Türkiyə bayraqları ilə aksiyaya qatılan iştirakçılar “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq” və s. şüarlar səsləndiriblər. Dərnəyin sədri Cavid Aydın mətbuata açıqlama ilə çıxış edib.
Açıqlamada Azərbaycanın dəfələrlə Ermənistana çağırışına baxmayaraq, qarşı tərəfin sülhü və əmin-amanlığı yox, yenidən təxribat yolunu seçdiyi bildirilib. Eyni zamanda Ermənistanın təxribatına qarşı Əskişəhərdə yaşayan bütün azərbaycanlıların daim dövlətin və ölkə başçısının yanında olduğu vurğulanıb. Sonda Vətən müharibəsi zamanı və Ermənistanın son təxribatları zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimiz yad edilib.
Qeyd edək ki, aksiyaya çoxlu sayda Türkiyə vətəndaşı da qatılıb.



SON DƏQİQƏ: Nyu-York küçələrində “Şəhidlər ölməz, vətən bölünməz” şüarı
ABŞ-da erməni səfirliyi qarşısında aksiya başladı
Laçın dəhlizindəki aksiyaya qardaş ölkədən dəstək
Böyük Britaniyada soydaşlarımız etiraz aksiyası keçirdi - FOTOLAR
Azərbaycanlılar BMT-nin qarşısında aksiya keçirdi
Romada mina terroruna qarşı aksiya keçirildi
İstanbulda Azərbaycan Ordusuna dəstək aksiyası
Polşadan Azərbaycan Ordusuna QÜRURVERİCİ DƏSTƏK
Həmyerlilərimiz Belçikada erməni təxribatına imkan vermədi
Fransadakı azərbaycanlılar buna görə aksiya keçirdi
Berlində Azərbaycanlılar aksiyaya başladı
Moldovada həmyerlilərimiz aksiya keçirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 