Fransada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirir.
ONN media xəbər verir ki, bu ölkədəki Azərbaycan icması Fransanın Evian lö Bən (Evian-les-Bains) şəhərində, 19-cu əsrin böyük Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin qarşısına toplaşıb.
Avropa Azərbaycanlıları Koordinasiya Şurası və Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi bu toplantının məqsədi heykələ qarşı son zamanlar həyata keçirilən vandalizm aktlarına qarşı etiraz etməkdir.
Fransa azərbaycanlıları bu etiraz aksiyası ilə Natəvanın heykəlinin, onun simvolik mənası, Azərbaycan icması üçün mənəvi dəyərini Fransa ictimaiyyətinin, mediasının diqqətinə çatdırır.
Nümayiş yerli hakimiyyət orqanlarının icazəsi ilə keçirilir.
Etiraz aksiyasına Fransanın və Avropanın müxtəlif şəhərlərində Paris, Strasburq, Berlin, Cenevrədə yaşayan azərbaycanlılar toplaşıblar.
Əraziyə təhlükəsizliyi təmin etmək üçün polislər cəlb ediliblər.
***
Fransada yaşayan azərbaycanlıların Evian şəhərində keçirdiyi etiraz aksiyası başa çatıb.
Onlar “Natəvanın mədəni irsini qoruyaq!”, “Azərbaycan bağının adının bərpasını tələb edirik!”, “Görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın irsini müdafiə edək!”, “Natəvanın ədəbiyyatda və qadın davasında oynadığı rola hörmətlə yanaşaq!”, “Natəvan irsinin, mədəni irsin qorunub saxlanması üçün birləşək!” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, 2017-ci ildə İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian şəhərinə hədiyyəsi olaraq “Azərbaycan bağı”nda ucaldılmış heykələ qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də narahat edib



Natəvanın heykəlini sökən ermənilərdir?
Azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçirir – CANLI YAYIM
Azərbaycanlılar Gürcüstanda AYAĞA QALXDI – Parlamentin qarşısında aksiya olacaq
Fransada fermerlər maraqlı aksiya keçirilib
Natəvanın heykəli ilə bağlı məlumat
Kanadada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirdi
Azərbaycanlılar daha bir şəhərdə aksiya keçirdi
ABŞ-da erməni səfirliyi qarşısında aksiya başladı
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
Naxçıvanda etiraz aksiyası başladı
Moldovada həmyerlilərimiz aksiya keçirdi
Berlində Azərbaycanlılar aksiyaya başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 