Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi yeni elektron xidmət ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq.
Komitədən ONN media-ya verilən məlumata görə, yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin “Avro-4” ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq. Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan “E-customs” elektron portalı və ya “Smart customs” mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.
Onlayn qaydada gömrük orqanına göndərilən müraciət və sənədlərin düzgünlüyü yoxlanılır, qanunvericilikdə göstərilən müddət ərzində avtonəqliyyat vasitəsinin "Avro-4" ekoloji normalarına uyğunluğu barədə sertifikat vətəndaşın şəxsi kabinetinə göndərilir.
Komitə tərəfindən gömrük prosedurlarının rasionallığının təmin edilməsi, rəsmiləşdirmə, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində tətbiq edilən bu yenilik məmnunluğun, şəffaflığın təmin olunmasına, növbələrin, vətəndaş-məmur təmasının aradan qaldırılmasına şərait yaradacaq.



Xaricdən sifariş edənlərin NƏZƏRİNƏ!
Gömrük yeni elektron xidmət istifadəyə verdi
DGK mobil telefonlarla bağlı əhaliyə müraciət etdi
Nazirlər Kabineti qaydalara dəyişiklik etdi
Gömrükçülər “Sədərək”də rüşvət alır? - Rəsmi
Ölkəyə telefon gətirənlərə komitədən XƏBƏRDARLIQ edildi
Ölkəyə avtomobil gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Komitə rüşvət iddialarına cavab verdi
DGK-nin bu idarələri bayram günü işləyəcək
Komitə məlumat yaydı: Bunu sifarişlə yazdırıblar
“Asan İmza” sertifikatları ilə bağlı YENİLİK
Gömrük Komitəsi Bakı Metropolitenini cərimələdi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 